Çövkənin
UNESCO siyahısına
salınması haqqında sertifikat nazirliyə təqdim edilib
"Çövkən - qədim atüstü Qarabağ oyunu"nun UNESCO-nun “Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi
mədəni irs siyahısı”na daxil edilməsi haqqında sertifikat
dekabrın 19-da qurum tərəfindən Mədəniyyət
və Turizm Nazirliyinə təqdim olunub. Qeyd edək ki, 2-7 dekabr
tarixində Bakıda keçirilən UNESCO-nun
Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
VIII sessiyasında "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs
siyahısı”na daxil edilməsi haqqında
qərar qəbul edilib.
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 3.