“Qorxma,
mən səninləyəm! 1919” filmi mükafata layiq görülüb
Rusiyanın Tula şəhərində
“Gülümsə, Rusiya!” (“Ulıbnis, Rossiya”) XIV komediya
filmləri festivalı
keçirilib. C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası
və Rusiyanın “Weit Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” filmi festivalın mükafatına layiq görülüb. Filmin quruluşçu
rejissoru həmvətənimiz
Yuli Qusmandır.
Filmin bəstəkarı Polad Bülbüloğluna ayrıca
diplom təqdim edilib.
Tulada artıq
üçüncü dəfə
keçirilən festivalın
rəhbəri tanınmış
Rusiya kinorejissoru və ssenaristi Alla Surkovadır. Builki festival çərçivəsində
Rusiyada çəkilmiş
komediya filmləri nümayiş etdirilib, habelə bir neçə ekran əsərinin premyerası
olub.
Festivalın bağlanış mərasimində
Azərbaycanın Rusiyadakı
səfiri, bəstəkar,
Xalq artisti Polad Bülbüloğlu filmin yaradıcı heyəti adından festivalın təşkilatçılarına
və iştirakçılarına,
münsiflər heyətinə
təşəkkürünü bildirib.
Mədəniyyət.- 2013.-25 dekabr.- S. 3.