“24 kadr” qısametrajlı film festivalına
yekun vurulub
Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə keçirilən gənc rejissorların “24 kadr” qısametrajlı film festivalına
yekun vurulub. “Metropark” Ticarət və Əyləncə Mərkəzindəki “Park Cinema”da
keçirilən mərasimdə
birinci, ikinci və üçüncü
yerləri tutan gənc rejissorlara diplom və pul mükafatları (700,
500, 300 manat) təqdim
edilib.
25 gənc rejissorun 34 bədii və sənədli ekran işinin təqdim olunduğu festivalda “Fəridin dünyası” filminin rejissoru Leyla Qəmbərli qalib adını qazanıb. “Pul”
filminin rejissoru Cavid Camalov ikinci,
“Əlvida, mənim dostum” filminin rejissoru Dilarə Vəliyeva isə üçüncü yeri
tutub.
“Ən yaxşı aktyor” nominasiyası üzrə “Pul” filmində baş rol ifaçısı Səbuhi Bayramov, “Ən yaxşı ssenarist” nominasiyası üzrə “Mən kimə lazımam” filminin ssenari müəllifi Rüstəm
İbrahimli, “Ən yaxşı operator” nominasiyası
üzrə “Bakıda
Polşa memarlarının
izləri” filminin operatoru Asif Qəhrəmanov, “Ən gənc rejissor” nominasiyası üzrə isə festivalın altı yaşlı iştirakçısı Mələk
Bağıyeva xüsusi
diplomlarla təltif olunublar.
Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, münsiflər
heyətinin üzvləri
Fehruz Şamıyev və Qurban Məsimov bu cür festivalların Azərbaycanda kino sənətinin inkişafına
töhfə verdiyini bildiriblər.
Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 15.