Dənizkənarı
Milli Parkın Yeni il yenilikləri
Son illər sürətli inkişafı, möhtəşəm
tikililəri, gözoxşayan parkları,
küçə və meydanları ilə dünyanın ən
gözəl şəhərləri ilə bir
sırada yer alan
Bakı da 2014-cü ili
məxsusi görkəmdə, bayram
libasında qarşılayır.
Bayram libası şəhərin əvəzsiz incilərindən sayılan, Bakının son 100 illik tarixini özündə yaşadan, onun müasir simasını təşkil edən Dənizkənarı Milli Parkda daha çox diqqəti cəlb edir. Bakı sakinlərinin, eləcə də paytaxtımızın qonaqlarının sevimli istirahət yeri olan bu məkan hər il olduğu kimi, bu dəfə də Yeni il münasibətilə xüsusi olaraq bəzədilir.
Dənizkənarı Bulvar İdarəsi bu il də Yeni il ərəfəsində şəhər sakinlərinin istirahət və əylənməsini təmin etmək məqsədilə dekabrın 28-dən yanvarın 2-dək gücləndirilmiş iş rejimində işləyəcək. Bulvarda Yeni ilin əsas atributlarından olan yolkalar - şam ağacları da əlvan rənglərə, çil-çırağa bürünüb.
İdarənin rəis müavini Nazim Məcidovun bildirdiyinə görə, bulvarda 10 şam ağacı bəzədilib. Paytaxtın ən hündür - 35 metrlik yolkası isə Azadlıq meydanında qurulub. Bu yolkanın hündürlüyü ötənilki ilə müqayisədə 14 metr çoxdur.
Bulvara gələnlər üçün
maraqlı sürpriz də
hazırlanıb. İdarə yeni
aldığı gəzinti gəmisini dekabrın 28-də
istifadəyə verib. 650 nəfərlik oturacaq yeri olan
bu gəminin üstünlüyü
ondan ibarətdir ki, gəzinti
zamanı burada insanlara
səyyar qida xidməti də göstəriləcək.
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 14.