Təhsil alan gənc kulinarların respublika çempionatı
Dekabrın 27-də Bakı şəhəri
12 saylı peşə
liseyində Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibətilə
təhsil alan gənc kulinarların I respublika çempionatı
keçirildi.
Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə
təşkilatçılığı ilə keçirilən çempionatın məqsədi
kulinariya üzrə təhsil alan
gənclərin peşə
vərdişlərinin inkişafı,
gənc kulinarların
beynəlxalq müsabiqələrə
hazırlanmasıdır.
İştirakçıları salamlayan AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi
Qida Komitəsinin sədri Tahir Əmiraslanov tədbirin əhəmiyyətini diqqətə
çatdırdı, belə
yarışmaların ölkəmizin
mətbəx mədəniyyətinə
yeniliklər gətirəcəyini
vurğuladı.
Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin
baş mütəxəssisi
Zakir Əhmədov yarışmanın təşkilini
yüksək qiymətləndirdi,
çempionatın ənənəvi
olaraq keçirilməsinin
vacibliyini qeyd etdi.
Dünya
Kulinariya Təşkilatının
100 ballıq qiymətləndirmə
sistemi ilə keçirilən çempionatın
12 nəfərdən ibarət
münsiflər heyətinə
AMKA-nın icraçı
direktoru, beynəlxalq çempionatların qalibi,
6-cı dərəcəli aşpaz
Ceyran Əsgərova sədrlik edirdi.
Yarışmada paytaxtın universitet, peşə liseyi və kolleclərindən
10 komanda iştirak edirdi. Hər komandada 5 gənc
aşpaz yer almışdı. Komanda üzvləri
bir nəfər üçün nəzərdə
tutulmuş soyuq qəlyanaltı, şorba,
əsas yemək,
desert və içki hazırlamalı idilər.
Kulinarlara öz bacarıqlarını
nümayiş etdirmək
üçün 1 saat
vaxt verildi. Hazırlanmış təamlar qiymətləndirilməsi
üçün münsiflər
heyətinə təqdim
olundu.
Sonra qaliblər
elan edildi. 1-ci yerə
12 saylı Bakı peşə liseyi, 2-ci yerə 18 nömrəli Bakı peşə liseyi, 3-cü yerə Bakı turizm peşə məktəbi layiq görüldü. 4-cü yerin sahibi
isə Bakı qida sənayesi kolleci oldu.
Bütün iştirakçılara AMKA-nın
fəxri diplomları,
qaliblərə isə
Təhsil Nazirliyinin və sponsorların diplom və hədiyyələri təqdim
edildi.
Fariz Hüseynov
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 13.