Firidun bəy Köçərli və türk dünyası

 

Görkəmli ədəbiyyatşünas və maarifçinin 150 illiyi Əskişəhərdə qeyd olunub

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən görkəmli ədəbiyyatşünas və maarifçi Firidun bəy Köçərlinin (1863-1920) 150 illik yubileyi geniş qeyd olunur. Böyük alim öz fəaliyyəti ilə türk dünyası mədəniyyətinə də töhfələr verib.

 

2013-cü ildə “Türk dünyası mədəniyyət paytaxtı” olan Əskişəhərin Osmanqazi Universitetində Firidun bəy Köçərlinin 150 illiyinə həsr olunmuş anım tədbirində alimin tarixi xidmətlərindən söz açılıb. TÜRKSOY-un təşkilatçılığı ilə gerçəkləşən tədbir Azərbaycanın və Türkiyənin himnlərinin səslənməsi ilə başlayıb. Sonra ədibin ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.

Mərasimdə Əskişəhər Osmanqazi Universitetinin prorektoru İlhami Ünlüoğlu və Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı çıxış ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Zaman Əsgərli isə öz məruzəsində ədəbiyyatşünasın həyat və yaradıcılığından ətraflı söz açıb. Professorlar Müzəyyən Buttanrı “Firidun bəy Köçərlinin Mirzə Fətəli Axundzadə haqqında araşdırmaları”, Tamilla Əliyeva “Firidun bəy Köçərli və türk dünyası”, tədqiqatçı-yazar Məhərrəm QubadFiridun bəy Köçərli və Hihat Sami Banarlı”, universitetin tələbəsi Cənnətgül AltuntaşFiridun bəy Köçərli Qarabağ şairləri haqqında” mövzularında çıxış ediblər.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova isə öz çıxışında ədəbiyyatşünas alimmaarifçinin uşaqlarla bağlı fəaliyyətindən danışıb. O, Firidun bəy Köçərlinin 1912-ci ildə yazdığı “Balalara hədiyyə” kitabının kitabxananın təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə latın qrafikasında işıq üzü görən yeni nəşrini təqdim edib.

Tədbirin sonunda məruzəçilərə TÜRKSOY-un və Əskişəhər Osmanqazi Universitetinin sertifikatları və hədiyyələr təqdim olunub.

 

Mehparə

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 12.