Bakının ekran şairi

 

Rejissor Arif Babayevin xatirəsi yad edildi

 

Dekabrın 26-da Dövlət Film Fondunda görkəmli rejissor, Əməkdar incəsənət xadimi Arif Babayevin 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları əvvəlcə rejissorun həyat yaradıcılığına həsr olunmuş fotosərgiyə baxdılar.

 

Gecə rejissorun fotoşəkillərindən ibarət slaydın nümayişi ilə başladı. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Arif Babayevin yaradıcılığı haqqında fikirlərini bölüşdü. Onun yaradıcılığındakı dolğunluğun hər sənətkara nəsib olmadığını bildirdi: “Arif Babayev televiziya rejissoru kimi sənətə gəlsə , sonradan kinematoqrafiya onun yaradıcılığının əsas meyarı olub. Kino sənətimizdə onun hər bir filminin özünəməxsus yeri var. SənətkarınGün keçdiUşaqlığın son gecəsifilmləri bu gün kino rejissorluğumuzda dərslik kimi istifadə edilə bilər. Rejissorun ekran əsərləri sanki silsilə təşkil edir bu filmlər səmimiyyət sevgi üzərində qurulub”.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə rejissoru Bakının ekran şairi adlandırdı: “Arif Babayev Azərbaycan kinosunda paytaxtımızın balladasını yaradıb. O, yorulmadan işləyərdi hər zaman yenilik axtarardı. Çox zaman onu şəhərin müxtəlif yerlərində çiynində kamera ilə gəzən görərdik. Həmin kamera ilə çəkdiklərini sonradan biz kinoda görürdük. Gün keçdifilmindəki Oqtay obrazı məhz sənətkarın özünü əks etdirir”.

Xalq artisti Əminə Yusifqızı, Əməkdar incəsənət xadimi, operator Kənan Məmmədov, Əməkdar artist Elxan Qasımov digərləri rejissorun həyat yaradıcılığı haqqında danışdılar, onunla bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, Arif Babayev əmək fəaliyyətinə Azərbaycan Televiziyasında uşaq verilişləri redaksiyasında rejissor kimi başlayıb. O, sənədli filmlərlə yanaşı, kino salnaməmizdə xüsusi yeri olan 9 bədii film çəkib.

Rejissorun Bakıya, xüsusilə doğulduğu İçərişəhərə bağlılığı onun yaradıcılığında da aydın şəkildə özünü göstərir. Filmlərinin əsas mövzusu da məhz Bakı İçərişəhərdir.

Xatirə gecəsində rejissorun filmlərindən fraqmentlər nümayiş olundu.

 

L.Azəri

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 11.