"Mədəniyyət
sahəsində idarəetmə və siyasət"
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Moskvada kurslarda iştirak ediblər
18-24 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin Kadrlar şöbəsinin müdir müavini Yusif Səfərov, Elmi-metodiki sektorun müdiri Asif Usubəliyev, Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Kitabxana sektorunun aparıcı məsləhətçisi Əfsun Əhmədov və Təhsil sektorunun məsləhətçisi Vüqar Baxışov M.Lomonosov adına Moskva Dövlət Universitetində təşkil olunan "Mədəniyyət sahəsində idarəetmə və siyasət" adlı kurslarda iştirak ediblər.
Kurslar çərçivəsində Rusiya Prezidentinin xarici mədəniyyət əməkdaşlığı üzrə xüsusi səlahiyyətli nümayəndəsi Mixail Şvıdkoy, Rusiya mədəniyyət nazirinin müavini Qriqoriy İvliyev, Ali Teatr İnstitutunun rektoru Boris Lyubimıy və digər rəsmi şəxslər ilə görüşlər təşkil olunub. Nazirliyin əməkdaşları Rusiya mədəniyyət müəssisələrinin, o cümlədən Moskva Dövlət Universitet Mərkəzi Fundamental Kitabxanası, "Böyük teatr", A.Baxruşin adına Mərkəzi Teatr Muzeyi və digər müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.
Görüş və
mühazirələr çərçivəsində
aparılmış fikir mübadiləsi
zamanı nazirliyin nümayəndə heyəti
Azərbaycanda həyata keçirilən mədəniyyət
siyasətinin əsas prioritetləri haqqında ətraflı məlumat
verib. Öz növbəsində
Rusiya rəsmiləri mədəniyyətlərarası
dialoq və multikulturalizm
kimi ümumbəşəri dəyərlərin
dünyada təbliği sayəsində
ölkəmizin oynadığı rolu xüsusi vurğulayıblar. Rusiya
Prezidentinin xüsusi səlahiyyətli
nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, sülhə və
qarşılıqlı anlaşmaya
çağıran mədəniyyətlərarası dialoq kimi prinsiplərin təbliğində
Azərbaycanın rolu danılmazdır.
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 10.