Turizm Assosiasiyasının bayram tədbiri

 

Mədəniyyət və Turizm Nazirliyinə mükafat təqdim edildi

 

Dekabrın 27-də Azərbaycan Turizm Assosiasiyası (AZTA) «Alfa Insurance» sığorta şirkəti ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə «Four Seasons» hotelində tədbir keçirdi. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin və əməkdaşlarının, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin, hotellərin, KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə AZTA idarə heyətinin sədri Nahid Bağırov çıxış edərək, Azərbaycanın 2013-cü ildə turizm sahəsində əldə etdiyi uğurlardan danışdı. Qeyd olundu ki, bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz dünyada tanınmış turizm mərkəzlərindən birinə çevrilməkdədir.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi AZTA-nın fəaliyyətinə verdiyi dəstəyə görə, eləcə də bir sıra mehmanxanaturizm şirkətləri il ərzində göstərdikləri fəallığa görə mükafatlandırıldı.

Mərasim Azərbaycan və Ukrayna estrada ulduzlarının ifaları ilə davam etdi.

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 8.