Uşaqların Yeni ili - tamaşalar,
şənliklər
Yeni ilin gəlişini hər kəsdən
daha çox və səbirsizliklə
gözləyən balacalar qış tətilinə
maksimum rəng qatmağa
çalışır, valideynlərinin də istirahətdə
olmalarından istifadə edib onları
şənliklərə, tamaşa və
konsertlərə aparmalarını istəyirlər. Görəsən, teatr-konsert müəssisələri onların
qış tətilini səmərəli keçirmək üçün nə tədarük ediblər?
Qış nağılı qədər...
Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə bayrama xüsusi hazırlaşdıqlarını və bununla bağlı iki proqram təqdim edəcəklərini dedi. Dekabrın 27-də başlanan birinci konsert proqramına milli rəqslər, musiqilər, illüziya şousu və s. daxildir. Şaxta baba və Qar qızın aparıcılığı ilə bu konsert proqramları dörd gün (30 dekabradək) davam edəcək. Yanvarın 3-5-də gerçəkləşəcək ikinci konsertdə isə Ukraynadan gələn teatr heyəti çıxış edəcək. Azərbaycanın mədəniyyət ocaqlarında ən böyük yolka da bayram günlərində Heydər Əliyev Sarayında qurulub.
“Sehrli qış - 2”
Uşaqların sevimli məkanlarından olan Bakı Dövlət Sirki də rəngarəng proqram tərtib edib. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov dekabrın 27-dən etibarən təqdim olunan “Sehrli qış-2” adlı Yeni il proqramının tamaşaçılara bayram ab-havası yaşadacağını deyir. Məktəblilərin qış tətili fasiləsiz olaraq hər gün (gündə 2-3 seans) tamaşalar olacaq. Proqrama Rusiya, Ukrayna və İspaniyadan dəvət olunmuş sirk ustalarının çıxışları, əhliləşdirilmiş heyvanlarla çox maraqlı nömrələr daxildir.
“Maşa və Ayı”
Gürcüstanın “Multi-Pulti dünyası” teatrının gətirdiyi “Maşa və Ayının Şərqdə Yeni il sərgüzəştləri” adlanan proqram da bayram günlərində uşaqlara yüksək səviyyəli tamaşa vəd edir. Balaca tamaşaçılar sevimli qəhrəmanları Maşa və Ayını, eləcə də digər sevimli nağıl personajlarını dekabrın 27-dən 30-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 2-6 yanvar tarixində isə Opera və Balet Teatrında görə biləcəklər.
“Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluş verdiyi tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcək.
Yeri gəlmişkən, Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi də uşaqların bayram istirahətini mənalı etmək üçün bu dəfə onlara “Maşa və Ayı” rus nağılının motivləri əsasında hazırlanan tamaşa təqdim edəcək. Əməkdar artist Azad Məmmədovun sözlərinə görə, tamaşanın üzərində qızğın iş gedir
“Şelkunçik”, Şaxta baba və Qar qız
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın verdiyi məlumata görə, sənət ocağı ənənəsinə uyğun olaraq Yeni il münasibətilə rus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baletini təqdim edir. Şaxta baba və Qar qız personajlarının da əlavə olunduğu tamaşa dekabrın 24-də göstərilib, daha bir tamaşa yanvarın 12-də nümayiş etdiriləcək.
“Biri var idi,
biri yox idi...”
Akademik Milli Dram Teatrı bu il balaca tamaşaçıların
görüşünə “Biri var idi,
biri yox idi” tamaşası ilə gələcək. Xalq nağıllarının motivləri
əsasında hazırlanmış
tamaşanın quruluşçu
rejissoru Əməkdar
artist Loğman Kərimov,
quruluşçu rəssamı
İlham Elxanoğlu, musiqi tərtibatçısı
Kamil İsmayılovdur.
“Biri var idi, biri yox
idi” tamaşası dekabrın 27-dən göstərilir
və yanvarın 4-nə
kimi nümayiş olunacaq.
Hədiyyəli tamaşa
Gənc Tamaşaçılar Teatrında
Əməkdar artist Nicat
Kazımovun quruluşunda
“Küpəgirənin hiyləsi”
adlı tamaşa səhnələşdirilib. Rejissorun
sözlərinə görə,
səhnə əsəri
maraqlı süjet xətti, rəngarəng səhnə geyimləri və tərtibatı ilə azyaşlı tamaşaçılara Yeni
il hədiyyəsi
olacaq.
Teatrın mətbuat xidmətinin
rəhbəri Hüsniyyə
Mursaquluyeva isə bu il teatrın sürprizlərlə
zəngin əyləncəli
bayram proqramı hazırladığını dedi:
“Küpəgirənin hiyləsi”
adlı yeni tamaşa dekabrın 26-dan yanvarın 5-dək davam edəcək. Ənənəvi olaraq şənlik
iştirakçılarını Şaxta baba və Qar qız
qarşılayıb teatrın
bayram üçün
bəzədilmiş geniş
və yaraşıqlı
foyesində digər nağıl qəhrəmanlarının
iştirakı ilə
xüsusi hazırlanmış
Yeni il proqramına
dəvət edəcəklər”.
Sumqayıt teatrında “Qış
nağılı”
Sumqayıt Dövlət Musiqili
Dram Teatrı ötən
il olduğu
kimi, bu il də uşaqlar
üçün “Qış
nağılı” adlı
səhnəcik hazırlayıb.
Teatrın direktoru Mehman Şükürovun sözlərinə görə,
tamaşa dekabrın sonundan yanvarın əvvəllərinə qədər
teatrın repertuarında
yer alacaq: “Bayram şənliyində ənənəvi olaraq Şaxta baba, Qar qız iştirak
edəcək. İnanıram ki, sumqayıtlılar teatrımızda gözəl
əylənə biləcəklər”.
“Cırtdanın Yeni il sərgüzəştləri”
Uşaqların sevimli məkanı
olan Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı da builki proqramı ilə sadiq tamaşaçılarını heyrətləndirməyə çalışacaq.
Balacalar bayram tətili günlərində “Cırtdanın
Yeni il sərgüzəştləri”
adlı maraqlı bir səhnə əsərinə tamaşa
edəcəklər. Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Qurban Məsimovdur. Balacalar
Yeni ilin gəlişini əngəlləməyə
çalışan Divə
qarşı ağıllı
Cırtdanın növbəti
sərgüzəştləri ilə tanış
olacaqlar.
Uşaqları sevindirmək üçün
Bakı
Uşaq Teatrının
direktoru İntiqam Soltan tamaşa göstərmək üçün
yerləri olmadığı
üçün ənənəyə
uyğun olaraq hazırladıqları nümunələri
müəyyən mədəniyyət
ocaqlarında nümayiş
etdirəcəklərini qeyd
etdi: “Şüvəlanda,
Qaradağda və digər yerlərdə hazırladığımız Yeni
il şənlikləri
ilə tamaşaçılarımızı
sevindirəcəyik. Onu da deyim ki, biz hədiyyəsiz
tamaşalara üstünlük
verəcəyik. Çünki biletin əksər hissəsini hədiyyənin
dəyəri tutur.
Teatrın uşaqlara hədiyyəsi
gözəl tamaşa
olacaq. Repertuarımızda olan “Dəcəl
siçanlar” tamaşası
yuxarı sinif şagirdləri üçün
nəzərdə tutulub”.
Regionlardan teatr mənzərəsi
Paytaxtla yanaşı, regionlardakı
teatrlar, mədəniyyət
evləri də balacalara xoş ovqat bəxş etməyə çalışırlar. Lənkəran Dövlət Dram Teatrında
bu münasibətlə
yeni bir tamaşa hazırlanıb.
Sənət ocağının direktoru İslam Həsənovdan aldığımız
məlumata görə,
kollektiv Abdulla Şaiqin
“Danışan gəlincik”
əsərini fərqli
quruluşda təqdim edir.
Füzuli Dövlət Dram Teatrı
isə Horadiz şəhərində və
yeni salınmış
qəsəbələrdə “Arzu təzə, il təzə” adlı teatrlaşdırılmış
bayram şənliyini təqdim edir.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 7.