Zərgər aktyor

 

   Aktyorlar inanırlar ki, hansı sənət ölürsə-ölsün, aktyorluq sənəti ölməyəcək. Sevgi, məhəbbət, təəccüb dolu səsləri, heyrət dolu baxışları tavanı olmayan teatrın divarlarına yapışıb qalacaq. Əgər buna inanmasaydılar, tamaşadan sonra libaslarını soyunduqları kimi, ruhlarına hopmuş obrazları da soyunub atardılar. Nə yaxşı ki, aktyorlar sənətin yaşayacağına inanırlar. “Mən teatra ona görə bağlandım ki, bu ölməz sənətdir” - deyən, ömrünün 75-ci qızıl dövrünü qeyd etməyə hazırlaşan Xalq artisti Rafiq Əzimov kimi...

  

   Məbədə gedən yol

  

   - 1938-ci il fevralın 4-də dünyaya gəlmişəm. Atam Ələşrəf ticarətlə məşğul olurdu, anam Hökumə xanım evdar qadın idi. Mən onların ortancıl övladıyam. Uşaqlığım müharibə illərinə təsadüf edib. Atam cəbhəyə getmişdi, ailənin ağırlığı anamın çiyninə düşmüşdü. Düzdür, qohumlarımız müəyyən qədər kömək edirdilər. Müharibə başa çatsa da, atamı ordudan gec tərxis etdilər, 1947-ci ildə mən birinci sinfə qədəm qoyanda atam əsgərlikdən qayıtdı.

   Ailə üzvlərim incəsənətlə məşğul olmasalar da, incəsənəti sevirdilər. Atam gənclik illərindən musiqiyə böyük maraq göstərər, ustad xanəndələrin konsertlərinə gedərdi. Teatr aləmindən, Abbas Mirzə Şərifzadədən tez-tez söhbət salırdı, onun səsinin vurğunu idi. Evimiz Bakının Vidadi küçəsindəydi. Məhəlləmizdə tarzən Qurban Pirimovbaşqa adlı-sanlı sənətkarlar yaşayırdılar. Onları tez-tez görməyimlə fəxr edirdim. Yəqin bütün bunların sənətə gəlişimdə müəyyən rolu oldu.

    Əvvəl 1 saylı orta məktəbə getdim. Sonra 199 saylı, daha sonra isə 44 saylı məktəbdə oxudum. Uşaq yaşlarımda atam tarzən olmağımı istəyirdi. Üç-dörd il tarla məşğul oldum. Sonra keçmiş “26-lar” adına Mədəniyyət sarayında uşaq dram dərnəyinə getdim. Bundan əvvəl isə təhsil aldığım 44 saylı orta məktəbdə də dram dərnəyi təşkil etmişdik. Məktəbin təntənəli gecələrində çıxış edirdik. Ədəbiyyat müəllimimiz Əliağa Kərimovun teatr sənətinə böyük məhəbbəti var idi. Cəfər Cabbarlının yaradıcılığını və “1905-ci ildə” əsərini keçəndə şagirdlərin arasında rol bölgüsü apardı. Mənə İmamverdi surətini verdi. Əsəri oxumağa başladıq. İmamverdi roluna elə aludə olmuşdum ki, sanki səhnədəydim. İmamverdi ilə Allahverdinin dialoqu bitdi. Bayaqdan başımın üstündə dayanıb səssiz-səmirsiz bizi dinləyən Əliağa müəllim əlini çiynimə qoyub dedi: “Səndən yaxşı aktyor olar”.

   “26-lar” adına Mədəniyyət sarayının uşaq dram dərnəyində rəhbərimiz aktyor Əli Qurbanov idi. O, “Vaqif” pyesindəki Vidadi rolunun məşhur teatr ifaçısıydı. Xəyalımdan keçirdi ki, nə olaydı, aktyor olaydım, Vidadi rolunu oynayaydım. Hələlik bunların hamısı arzular idi.

  

   Seçim

  

   Sonra Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi dram dərnəyinə yazıldım. Bir neçə il orada məşğul oldum. Dərnəyin hazırladığı tamaşalarda çıxış etdim. Artıq sənədlərimi o vaxtkı Mirzəağa Əliyev adına Teatr İnstitutuna vermək arzusu ilə yaşayırdım. Lakin evdə bu barədə biləndə qəti etiraz etdilər. Mən imdadı əmim oğlu Cəbrayılda aradım. Dərdimi ona açdım. Cəbrayıl Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra isə Moskvada Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdi. Kinostudiyada çalışırdı. Cəbrayıl ata-anamla danışdı, o gündən evdə bu barədə daha söz-söhbət olmadı.

   Orta məktəbi bitirib İncəsənət İnstitutuna daxil oldum. Müəllimimiz Xalq artisti Məhərrəm Haşımov idi. O həm də Rus Dram Teatrının baş rejissoruydu. Hətta birinci kursda oxuyanda dərslərimizi həmin teatrda keçirdi. İkinci kursda - 1959-cu ildə - Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə Məhərrəm Haşımovun sayəsində biziştirak etdik. Orada təqdim olunan tamaşalarda epizodik rollar oynadıq. Ondan sonra fikirləşdik ki, Akademik Milli Dram Teatrında işləyəcəyik. Bu, ən böyük arzumuz idi. Ona görə teatrın yardımçı heyətində kiçik rollarda çıxış etməyə başladıq.

   İnstitutu bitirəndə Məhərrəm Haşımovun rəhbərliyi ilə diplom işi kimi beş tamaşa təhvil verdik. Görkəmli rejissorlar, aktyorlar baxıb öz seçimlərini etdilər. Bizim kursdan Həsən Məmmədov, mən və Eldəniz Zeynalov Akademik Milli Dram Teatrına təyinat aldıq. 1962-ci ildən bu günədək mənim əmək kitabçama başqa ünvan yazılmayıb.

   Biz teatra gələndə Ədil İsgəndərov kinostudiyaya getmişdi. Baş rejissor Mehdi Məmmədov oldu. 1964-cü ildən isə Tofiq Kazımov baş rejissor oldu gənclərə böyük qayğı göstərdi.

  

   İlk sözün həyəcanı

  

   - Fəxr edirdik ki, vaxtilə tamaşaçı kimi pərəstiş etdiyimiz Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Hökümə Qurbanova, Sofiya Bəsirzadə digər səhnə ustaları ilə yanaşı səhnəyə çıxırıq. Heç yadımdan çıxmaz, dram teatrının səhnəsində ilk çıxışımVaqiftamaşasında oldu. Ələsgər Ələkbərov Vaqifi oynayırdı, biz gənclər Qacarın əyanları idik. Tamaşanın bir yerində xanəndəRastoxuyurdu, epizodik rolda olsaq da, bir iki kəlmə söz demək istəyirdik. Xahiş etdim ki, gündüz tamaşasındaTez olun, yaxşı bir segah oxuyunsözlərini mən deyim. Xahişimi nəzərə aldılar, səhərə kimi gözümü yuma bilmədim ki, görəsən, mən bu sözü necə deyəcəyəm? Səhəri tamaşada o sözləri deyəndə, elə bil mənə dünyanı bağışladılar.

  

   Bu, Rafiq Əzimovun yaradıcılığında yolun başlanğıcı idi. İllər keçəcək, o səhnədə bir-birindən uğurlu, yaddaqalan rollar yaradacaq, teatr tarixinə adını kiçik rolların böyük aktyoru kimi yazacaqdı. Akademik Milli Dram Teatrının səhnəsində Lope de VeqanınDəlilər”ində Kalendario, Sabit RəhmanınToy”unda Mirzə Hüseyn, Hüseyn CavidinŞeyx Sənan”ında Anton, Çingiz Aytmatovun “Ana torpağ”ında Caynaq, Bernard ŞoununŞeytanın şagirdi”ndə Kristi Daçen, Məmməd Səid OrdubadininQılınc qələm”ində Xacə Mərcan, Aleksandr OstrovskininCehizsiz qız”ında Karandışev onlarca bir-birinə bənzəməyən rollar yaradacaqdı.

  

   Tamaşaçı gözü tərəzidir

  

   - 50 ildə saysız-hesabsız rollar oynamışam. Bunların içərisində baş rollar da olub, epizodik rollar da. Professor İlham Rəhimli bir yazısında mənizərgər aktyoradlandırırdı, mənim yaradıcılığımı İsmayıl Osmanlının yaradıcılığına bənzədirdi. Bu mənim üçün çox böyük şərəfdir. Mənim üçün heç vaxt rolun böyüyü-kiçiyi olmayıb. Müxtəlif janrlarda, müxtəlif obrazlarda oynamışam. Bu illər ərzində sənətə olan sevgimizin qarşısını heç kəsə bilməyib. Ömrü boyu səhnəyə həyəcanla, əsə-əsə çıxmışam. O həyəcan haqqında sizə bir xatirə danışım. Mənim, toyumSəadət sarayı”nda olub. Xətrini çox istədiyim böyük sənətkarlardan da bir neçəsini dəvət etmişdim. Barat xanım Şəkinskaya, Əliağa Ağayev, Lütfi Məmmədbəyov, bir tələbə yoldaşlarım. Toyda Əliağa Ağayev söz istədi. Dedi ki, Əzimov Rafiq (indi sənət dostları çox vaxt ona belə müraciət edirlər - T.V.) səhnəyə çıxanda əsim-əsim əsir. Mən səhnəyə çıxanda əsim-əsim əsmişəm. O sənətkar ki, səhnəyə çıxanda əsim-əsim əsmir, ondan sənətkar olmaz. Mən arzu edirəm ki, Əzimov Rafiq ömrünün axırına qədər səhnəyə çıxanda əsim-əsim əssin.

   Mən hər dəfə səhnəyə çıxanda elə bilirəm ki, ilk dəfədir, səhnəyə çıxıram. Çünki tamaşaçı gözü tərəzidir.

  

   Böyük ekranda

  

   Rafiq Əzimov ilk dəfə 1969-cu ildəLeninqradfilmkinostudiyasının istehsalı olanMənim əziz atamfilminə çəkilir. Lyudmila Qurçenko, Aleksandr Demyanenko kimi ekran ulduzları ilə yanaşı əsas rollardan birini - Əli dayı rolunu oynayır. SonraAzərbaycanfilmkinostudiyasının istehsalı olanYeddi oğul istərəmfilmində yeddi oğuldan birini - Şahsuvar obrazını canlandırır.

  

   - Təsadüfə baxın, mən 1958-ci ildə instituta daxil olanda Əli Zeynalov bizə səhnə danışığından dərs deyirdi. O, “Komsomolpoemasında rol bölgüsü aparanda mənə Şahsuvar rolunu vermişdi. İllər sonraYeddi oğul istərəmfilmində bu rol bəxtimə düşdü. Beləliklə, mən 1970-ci ildə bu rola çəkildim.

  

   Sonralar aktyorXatirələr sahili”, “Ömrün ilk günü”, “Axırıncı aşırım”, “Ad günü”, “Vulkana doğru gedirəm”, “Babək”, “Ah bu gözəl, gözəl dünya” - bir sözlə, 40-a yaxın filmə çəkilir.

  

   Göz həkimi”ndəki professor İvanov

  

   Rafiq Əzimovun yaradıcılığında televiziya tamaşalarının da öz yeri var. O, ilk dəfə məşhur televiziya rejissoru Rauf Kazımovskinin hazırladığıÇelkaştamaşasında Qavrilo, sonralar İ.ƏfəndiyevinMənim günahımpyesində Səxavət, A.Dudayevin “Astana” tamaşasında Sərxoş kişi, B.VahabzadəninKimdir haqlıəsərində Şükür bəy onlarca maraqlı rollar yaradır. Ancaq onun İslam SəfərlininGöz həkimiəsərində yaratdığı professor İvanov obrazı hələ sevilməkdədir.

  

   - “Göz həkimitamaşasına ilk dəfə dram teatrında baxmışam, o vaxtlar professor İvanov rolunu Ağadadaş Qurbanov oynayırdı. Sonra bu əsəri Lütfi Məmmədbəyov televiziyada hazırladı. Əslində bu rola Hamlet Qurbanov çəkilməli idi. Amma səbəbdənsə çəkilişlərə gələ bilmədi beləliklə, bu rol mənə həvalə olundu. Göz həkimitamaşasında məsləhətçi o vaxtlar Göz Xəstəlikləri İnstitutunun direktoru Nazim Əfəndiyev idi. Bir dəfə ondan icazə istəyib xəstəxanaya getdim, o prosesi gözlərimlə gördüm. Ona görə bu rol olduqca inandırıcı alındı. Bir dəfə Göyçayda qastrolda idik. Mehmanxana ilə üzbəüz böyük bir yarmarka vardı, yarmarkaya getdik. Orda qoca bir qadın birdən məni gördü, gəlib bağrına basdı, öpdü, arada da gözlərimə diqqətlə baxıb dedi: “Ay sənə qurban olum, sənin gözlərin açıldı?” Adamlar da başladılar gülməyə ki, ay xala, bu tamaşadır, bu roldur.

   Məni görəndə həmişə barmaqla sayılası rollarımın adını çəkirlər. Hərdən küçədə mənə söz atırlar. Əyil” - deyirlər, bilirəm ki, “Arxadan vurulan zərbə”yə işarə edirlər, hərdənXırs quldurbasan”dakı Frans Foxt obrazını xatırladıbMariya Adamovna” - deyib məni təlqin etməyə çalışırlar. Bir aktyor kimi buna sevinirəm...

  

   75 yaşın astanasında Rafiq Əzimov özünə arzuladı?

   - Allaha qurban olum, gətirib məni bu yaşa çatdırıb. Hər dəfə mən teatrın qapısından içəri girəndə şükür edirəm. Bura məbədgahdır, elə sehrli aləmdir ki, burdan ayrılmaq olmur. Mən nikbin adamam, inanıram ki, teatr daima yaşayacaq, bizi yaşadacaq. Mən həyatda yaxşı ailə, iki övlad, dörd nəvə tamaşaçı sevgisi qazanmışam. Bunlar üçün yaşamışam bunlar üçün yaşayıram...

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.-1 fevral.- S. 7.