İstanbulda turizm əlaqələri müzakirə edilib

 

   Yanvarın 24-dən 27-dək Türkiyənin İstanbul şəhərində keçirilmiş "EMİTT-2013" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri A.İsmiyev, Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi A.Əliməmmədova, sektorun məsləhətçisi C.Kəlbəliyev və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvündən ibarət nümayəndə heyəti iştirak edib.

   Sərgidə dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 900-ə yaxın şirkət təmsil olunub. Ümumilikdə isə, bu il sərgiyə 4500 şirkət qatılıb.

   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyiyerli turizm şirkətlərinin artıq 11-ci dəfə iştirak etdiyi "EMİTT" sərgisində nazirliyin əməkdaşları sərgini işıqlandıran informasiya vasitələrinə, o cümlədən "İSİS Türkiye" telekanalına müsahibələr veriblər. Müsahibələrdə ölkəmizin turizm potensialı, Avropa ölkələri ilə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə məlumat verilib. Sərgi zamanı "World Travel Channel", “TRT", "TGRT" və "Kanaltürk" televiziya kanalları tərəfindən Azərbaycan rəqsləri canlı olaraq yayımlanıb.

   Turizm şöbəsinin müdiri Aydın İsmiyev ilə "Uzbektourism" Milli Turizm Şirkətinin sədr müaviniKrasnodar vilayətinin kurortturizm nazirinin müavini Petr Bobry arasında görüş keçirilib. Türkiyənin "Kanal D" və "Kanal 17" telekanallarında Azərbaycana aid proqramların hazırlanması, “Fanar Publishing W.L.L" və "Ekovitrin" jurnallarında ölkəmizə aid reklam səhifəsinin yerləşdirilməsinə dair danışıqlar aparılıb.

   "Beyaz TV" televiziya kanalında yayımlanan "World tour with Dogukan" verilişinin koordinatoru Şeyda Aydın ilə görüşdə bu proqramın bir bölümünün Azərbaycana həsr olunması imkanları müzakirə edilib. Nazirliyin əməkdaşları ilə "İMC production" şirkətinin nümayəndəsi İryna Radina arasında baş tutan görüşdə ölkəmiz bu ilin 20-21 aprel tarixində Kiyevdə keçiriləcək "Turfest" turizm festivalına dəvət olunub.

 

 

   Mədəniyyət.- 2013.- 1 fevral.- S. 3.