Hindistanlı dramaturq əsərini teatrımıza təqdim etdi

 

   Ötən ay Sumqayıt Dövlət Musiqili Dram Teatrı Hindistanda «XV dram məktəbi beynəlxalq festivalı»nda iştirak edib. Teatr, aktyorluq dramaturgiya sənəti ilə bağlı qədim risalələri, sənət tədrisi sistemi, ənənələri olan ölkənin keçirdiyi festivala milli dramaturgiyamızın parlaq nümunəsi - Mirzə Fətəli AxundzadəninMüsyö Jordan dərviş Məstəli şahkomediyasının tamaşası ilə qatılmışdı. Teatrın baş rejissoru Firudin Məhərrəmli səfər təəssüratlarını bizimlə bölüşdü.

  

   - Firudin müəllim, festivalda hansı ölkələr təmsil olunurdu? Hindistana niyə məhz bu tamaşa ilə getdiniz?

   - Proqramda Hindistan teatrları ilə yanaşı, İtaliya, Macarıstan, Çin, İngiltərə, Amerikadan tamaşalar vardı. Onu da deyim ki, festivalın janr mövzu baxımından xüsusi bir şərti yox idi. Hər kəs öz ölkəsinin mədəniyyətini, teatr sənətini təmsil etməkdə sərbəst idi. Mirzə Fətəli Axundzadənin «Hekayəti-müsyö Jordan həkimi-nəbatat dərviş Məstəli şah cadugüni-məşhur» komediyasını biz ötən il ədibin 200 illik yubileyi çərçivəsində dövlət sifarişi ilə hazırlamışdıq. Seçimə gəldikdə isə, əsərdəki milli kolorit, əhvalatın yaralı mövzumuz olan Qarabağda baş verməsi, bir əcnəbinin Azərbaycana, azərbaycanlılara baxışının əks olunması s. məqamları nəzərə alıb festival üçün bu tamaşanı seçdik.

   - Festivalda nominasiyalar nəzərdə tutulmuşdumu?

   - Nominasiyalar yox idi. Teatr bayramı kimi keçirilirdi sonda bütün iştirakçılara diplomlar verildi. Ümumi təəssürat yaxşı oldu, əməkdaşlıq təklifləri aldıq. Ölkəmiz ilk dəfə idi ki, Hindistanda teatr festivalında təmsil olunurdu.

   - Tamaşa necə, yaxşı mənada səs-küy yarada bildimi?

   - Tamaşanı hindistanlı teatr adamları, mədəniyyət xadimləri maraqla izlədilər. Nümayişdən sonra bizimlə söhbət edən rejissorlardan biri belə bir cümlə işlətdi: «Sizin tamaşa vasitəsilə biz Azərbaycan haqqında məlumat aldıq bu tamaşadan Azərbaycanın ürəyi görünürdü». Yeganə çətinliyimiz dil baryeri ola bilərdi. Doğrudur, tərcümə olunmuşdu. Amma əsərin tam anlaşılmamasından ehtiyat edirdik, hərçənd tamaşaçılar aktyor oyununa yerli-yerində reaksiyalar verirdi - hətta onlardan biri emosional baxımdan hindlilərlə yaxın olduğumuzu söylədi.

   - Başqa teatr kollektivləri ilə fikir mübadiləsi, dəvətlər, təkliflər oldumu?

   - Festival iştirakçıları ilə müzakirələr, söhbətlər apardıq. Polyak rejissor tənqidçiləri ilə səmərəli söhbətimiz oldu. Monitorlarda tamaşalardan parçalar göstərirdilər gördüyüm qədərilə hindlilər tarixi ekzotik tamaşalara üstünlük verirdilər. Təklifə gəldikdə, tamaşadan sonra bir hind dramaturqu əsərini teatrımıza təqdim etdi.

   - Bu gün Sumqayıt teatrının repertuarında hansı əsərlər üstünlük təşkil edir?

   - Sumqayıt şəhərinin bir teatrı olduğunu nəzərə alsaq, repertuar zəngin rəngarəng olmalıdır. Müxtəlif zövqlərə tələblərə görə əsərlər səhnəyə qoyulmalıdır. Xarici dramaturgiya, klassik milli dramaturgiya nümunələrinin olması vacibdir. Biz bunları nəzərə almağa çalışırıq. Bu günlərdə bizim teatrın 45 illiyi olacaq. Repertuara baxsaq, hər səpkidə əsər, yerli xarici dramaturgiya nümunəsi görə bilərik. Con Qolsuorsinin, Yucin Onilin pyeslərini tamaşaya qoymuşuq bunlarla yanaşı repertuarda klassik müasir dramaturgiya nümunələri var.

   - Gələcək planlar, yeni layihələr barədə deyə bilərsiniz?

   - Bu il bizim teatrda qoyulacaq beş tamaşadan üçünü digər teatrların rejissorları, birini isə əcnəbi rejissor hazırlayacaq. Ukraynalı Tatyana Şevçenko Qərb dramaturgiyasından Con Patrikin əsərini səhnələşdirəcək. Bu, çox gözəl ənənədir teatrlara öz səmərəsini verəcək. Məsələn, mən ötən il Azərbaycan Akademik Milli Dram Teatrında C.Məmmədquluzadənin «Anamın kitabı» pyesini tamaşaya qoydum. Bu il teatr sahəsində böyük tədbirlər gözlənilir bunların sırasına milli teatrın 140 illik yubileyi daxildir. İyunda Mingəçevirdə «Yeni teatr» festivalı keçiriləcək. Teatr Xadimləri İttifaqının təşkil etdiyi «2+1» eksperimental teatr festivalı da bu ilə nəzərdə tutulub.

   - Adətən, rejissorun öz sənət idealı olur. Bu da onun işinə, üslubuna, yaradıcılığına böyük təsir edir. Sizin tapındığınız, sizi təsirləndirən ideyalar hansılardır?

   - Mənim sənət müəllimim fəlsəfi-monumental üslubun banisi rejissor Mehdi Məmmədov olub. Praktiki rejissor məktəbini isə ölkənin parlaq teatr rejissorlarından olan Azər Paşa Nemətin müəllimliyi ilə keçmişəm. İdeal deyib qalmaq olmur, sənət davam edən bir prosesdir. Xoşladığım sənətinə pərəstiş etdiyim sadaladığım rejissorlar olub.

   - Sonuncu sualım isə ənənəvidir. İzlədiyiniz filmlər, oxuduğunuz kitablardan sizi təsirləndirən olubmu?

   - Artıq bəşərilik qazanmış klassik filmləri əsərləri sadalaya bilərəm. Tarkovskidən təsirlənmişəm. Amma son dövrlərdə yazılmış ya çəkilmiş əsərlərə gəlincə... Açığını deyim ki, yox. Buna praktik olaraq vaxtım yoxdur. Telekanallarda nümayiş olunan filmləri izləyirəm.

  

 

   Aliyə

 

  Mədəniyyət.- 2013.-6 fevral.- S. 10.