Regionlarda turizmin inkişafında hansı problemlər var?
Mədəniyyət və
turizm şöbələri
və turizm informasiya mərkəzlərinin
rəhbərləri üçün
kurslar təşkil olunub
Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü, Azərbaycan
Turizm İnstitutu
(ATİ) və «Turizmin
İnkişafına Dəstək»
İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 4-də adı çəkilən
təhsil ocağında
rayon (şəhər) mədəniyyət
və turizm şöbələrinin (idarələrinin)
və turizm informasiya mərkəzlərinin
rəhbərləri üçün
seminar-treninqlər başlayıb.
«Regionlarda turizmin inkişafı» mövzusunda
treninqlərin ilk günü
mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, ATİ-nin rektoru Cəfər Cəfərovun iştirakı
ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Nazim Səmədov bildirib ki, ölkəmizdə yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq
şəbəkəyə daxil
olan hotellər və turizm obyektləri açılır.
Bu turizm obyektlərində
çalışmaq üçün
işçi qüvvəsinin
peşəkarlıq səviyyəsi
yüksəldilməlidir. Regionlarda turizmin inkişafına nail olmaq üçün rayon mədəniyyət
və turizm şöbələrinin üzərinə
böyük iş düşür. Onlar hər bir bölgəyə xas olan müxtəlif festivallar təşkil etməli, mədəniyyət
müəssisələrinin turizm firmaları ilə yaxından əməkdaşlığına nail olmalıdır.
ATİ-nin rektoru Cəfər Cəfərov qeyd edib ki, rayon şöbələri əməkdaşlarının
tarixi-mədəni abidələrin
qorunması sahəsi üzrə sovet dövründən qalan təcrübəsi var. Amma
digər tərəfdən,
turizm sahəsi sürətlə inkişaf
edir: «Regionların turizm potensialını ortaya qoymaq, əsaslandırıb dövlət
proqramlarına salmaq, rayona gələn investorları maraqlı ideyalarla turizm potensiallı ərazilərə
yönəltmək, yaxşı
bir turizm məhsulunun ortaya çıxarılmasına vəsilə
olmaq baxımından bu biliklər yetərli deyil. Bu baxımdan Turizm
İnstitutu nazirliyin Turizm şöbəsi ilə birlikdə rayonların mədəniyyət
və turizm idarələrinin əməkdaşları
üçün silsilə
seminar-treninqlər təşkil
edib. Bu həm
Bakıda, həm də regional müşavirələr
formasında davam edəcək. Seminar-treninqlərdə ölkənin
bu sahədə ümumi siyasi kursunu müəyyənləşdirən
mövzularla yanaşı,
daha konkret məsələləri əhatə
edən təlimlər
keçiriləcək».
ATİ-nin prorektoru Eldar Aslanov təlimlərlə
bağlı qəzetimizə
ətraflı məlumat
verdi. Bildirdi
ki, seminar-treninqlərin
proqramı və mövzuların müəyyənləşdirilməsi
üçün qonşu
Rusiyanın təcrübəsinə
müraciət olunub, bu məqsədlə müxtəlif ədəbiyyatlar
əldə edilib, onların əsasında Turizm şöbəsinin mütəxəssisləri ilə
birlikdə konsepsiya hazırlanıb: «Azərbaycanın
40 turizm potensiallı rayonunun şöbə müdirləri və 9 rayonun turizm-informasiya mərkəzinin rəhbərlərinin
cəlb olunduğu kurslar fevralın 4-dən
8-dək davam edəcək.
Təlimlər ATİ-nin mütəxəssisləri
tərəfindən 4 başlıqda
keçirilir. Bu heyətə aprel ayında ikinci həftəlik təlim də keçiriləcək.
Əvvəlcə iştirakçıların mövzu ilə bağlı məlumatlılığı
yoxlanılır. Burada söhbət
kiməsə nəyisə
öyrətməkdən getmir.
Söhbət ondan gedir ki, bu sahədə
yeni hansı nailiyyətlər var və necə etmək olar ki, rayonlarda mədəniyyət və
turizm şöbələrinin
fəaliyyətini inkişaf
etdirək. Seminarlar
dövlətin turizm siyasəti, turizm sahəsində həyata keçirilən tədbirlər,
Dünya Turizm Təşkilatının Azərbaycanla
əməkdaşlığı, ölkəmizin iqtisadiyyatında
turizmin yeri və rolu, regionların
inkişafına turizmin
təsiri, turizm-rekreasiya
zonalarının yaradılması,
ayrı-ayrı turizm destinasiyalarının marketinqi,
inkişafı və təbliği, kənd-yaşıl
turizminin inkişaf yolları və s. mövzuları əhatə
edir. Mədəniyyət
və turizm şöbələrində hər
bir rayonun kəndləri barədə
ətraflı informasiya
bankı olmalı, kəndlərdə turistlərə
kirayə üçün
verilən evlər, o ərazidə neçə
tarixi abidənin, görməli yerin olması və s. məlumatlar orada yerləşməlidir”.
Prorektor bildirdi ki, növbəti
mərhələdə rayonlarda
diyarşünaslıq muzeylərinin
işçiləri, turizm
informasiya mərkəzlərinin
bələdçiləri üçün
də bu təlimlər keçiləcək:
«Bundan əlavə,
rayon mədəniyyət və
turizm şöbələrinin
və icra hakimiyyətlərinin birgə
təqdim etdiyi siyahı əsasında hər rayon üçün
qısamüddətli bələdçi
kursları təşkil
edəcəyik. Bu gün yerlərdə qonaqlara bələdçilik
etmək üçün
yetərli sayda adamımız yoxdur.
Amma rayonlarda nə qədər cavan, savadlı tarix, coğrafiya müəllimlərimiz var. Onların
içərisində müxtəlif
xarici dilləri bilənlər az
deyil. Fikrimiz var ki, hər rayondan belə insanları seçək, onlara bələdçi işinin
texnikası ilə bağlı incəlikləri
izah edək”.
Qeyd edək ki,
seminar-treninqlərin sonunda
iştirakçılara Mədəniyyət
və Turizm Nazirliyinin və ATİ-nin birgə sertifikatı təqdim olunacaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 6 fevral.-
S. 9.