Xəzərin Xəzər dünyası”

 

   Fevralın 1-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, sərbəst güləş üzrə dünya, Avropa və SSRİ çempionu, Əməkdar idman ustası Xəzər İsayevin 50 illik yubileyinə həsr olunmuş “Xəzərin Xəzər dünyası” kitabının təqdimat mərasimi keçirilib.

  

   “CBS” mətbəəsində nəfis tərtibatla çap edilmiş kitaba mədəniyyət və turizm naziri Əbülfəs QarayevÖn söz” yazıb. Gənclər və idman naziri Azad Rəhimovun və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin, Azərbaycanın Olimpiya strukturları rəsmilərinin və Olimpiya çempionlarının təbrikləri də kitabda yer alıb. Kitabda Xalq şairi Fikrət Qoca, Xalq artisti Habil Əliyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla və başqalarının ömrünün 51-ci baharına qədəm qoyan idmançı haqqında ürək sözləri toplanıb.

   Mərasimdə dünya şöhrətli idmançının ömür yolundan danışılıb. Bildirilib ki, bir idmançı kimi o, şöhrət yoluna çox erkən qədəm qoyub. 1978-ci ildə ordu sıralarında gənclər və kişilər arasında keçirilən SSRİ birinciliyində qalib adını qazanıb, 1979-cu ildə yeniyetmələr arasında SSRİ birinciliyinin gümüş mükafatçısı, 1980-ci ildə yeniyetmələr arasında SSRİ çempionu, 1985-ci ildə SSRİ kubokunun sahibi olub. 1986-cı ildə isə idman karyerasında ən yüksək titulları - keçmiş SSRİ, dünyaAvropa çempionu adlarını qazanıb.

   X.İsayev idman aləmində qazandığı uğurlara, Azərbaycan Olimpiya hərəkatının inkişafında xidmətlərinə görə 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən “Əməkdar bədən tərbiyəsiidman xadimi” fəxri adına layiq görülüb.

   Kitabın müəllifi Minadi Mikayılov bildirib ki, məşhur idmançının ömür salnaməsini qələmə almaqda məqsədi X.İsayevin yetişməkdə olan nəslə örnək olacaq həyatını gənclərə çatdırmaqdır. Digər çıxış edənlər də kitabın ölkəmizdə idmanın inkişafı və gənc nəslin tərbiyəsi üçün əhəmiyyətli olacağını vurğulayıblar.

   Tədbirin sonunda X.İsayev kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkür edərək dövlətimizin ona göstərdiyi yüksək etimadı hər zaman öz işi ilə doğrultmağa çalışacağını bildirib.

 

 

   Mədəniyyət.- 2013.- 6 fevral.- S. 7.