Bir gəncin gözü ilə
Kipr
Fevralın 1-də Milli İncəsənət Muzeyində
Gənclər Gününə həsr edilmiş “Bir gəncin
gözü ilə Kipr” fotosərgisi açıldı.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin
təşəbbüsü ilə təşkil edilən sərgidə
Şimali Kipr Doğu Akdeniz Universitetinin biznesin idarə edilməsi
fakültəsində təhsil alan İsmayıl Mahmudovun
fotoşəkilləri nümayiş olundu.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin
sədri Orxan Həsənoğlu, Doğu Akdeniz Universitetinin
prorektoru, professor Osman Yılmaz və digərləri
çıxış edərək sərgini yüksək qiymətləndirdilər.
Qeyd olundu ki, ötən ildən fəaliyyətə
başlayan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin əsas məqsədi
Şimali Kiprdə yaşayan azərbaycanlılar və digər
türkdilli xalqlar arasında əlaqələrə, Azərbaycanın
mədəniyyətinin təbliğinə, ölkəmizin və
Şimali Kiprin ali təhsil ocaqlarında təhsil alan gənclərin
əməkdaşlığına töhfə verməkdən
ibarətdir.
Vurğulandı ki, hazırda
Şimali Kipr universitetlərində 98 ölkədən 60 mindən
artıq tələbə təhsil alır. Bu isə
dünyanın müxtəlif ölkələrinin gəncləri
arasında Azərbaycan tarixinin, mədəniyyətinin təbliğ
olunmasına imkan verir.
Sonra sərgiyə baxış
keçirildi. Ekspozisiyada Kiprin tarixi yerlərini əks etdirən
42 fotoşəkil nümayiş olunurdu. “Bir gəncin
gözü ilə Kipr” sərgisinin bu il mayın 28-də
Belçikada, iyunda Moskvada və Sankt-Peterburqda, iyulda isə
Fransada nümayişi nəzərdə tutulur.
Ceyhun
Mədəniyyət.- 2013.- 6 fevral.-
S. 7.