Sübhün səfiri” Şəkidə

 

   Şəki şəhərindəki “Çingiz klubunda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə ekranlaşdırdığı “Sübhün səfiri” filminin təqdimat mərasimi keçirilib.

  

   Böyük ədibin həyat və fəaliyyətindən bəhs edən ekran əsərinin ssenari müəllifi Xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğludur.

   Mərasimdə çıxış edən Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatına, elminə, incəsənətinə Mirzə Fətəli Axundzadə, Sabit Rəhman, Emin Sabitoğlu və digər böyük şəxsiyyətlər bəxş etmiş Şəkidə filmin təqdimat mərasiminin keçirilməsinin yaradıcı heyət üçün çox xoş olduğunu bildirib, filmin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşüb. Qeyd edilib ki, filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Türkiyədə aparılıb. Ekran əsərinin bəstəkarı Cavanşir Quliyev, operatoru Kənan Məmmədovdur. Əsas rollarda Xalq artisti Rasim Balayev, Fəxrəddin Manafov, Məlahət Abbasova və başqaları çəkiliblər.

   SonraSübhün səfiri” filmi nümayiş olunub.

 

 

  Mədəniyyət.- 2013.- 6 fevral.- S. 4.