Kinoya bağlı ömür

 

   Kino elmin nailiyyəti kimi yaransa da, hissləri, duyğuları, insan təfəkkürünü əhatə etdiyinə görə tədricən incəsənətin ən cəlbedici sahəsinə çevrildi. Tədricən həyatımızın ümdə mənəvi tələbatına çevrilən, bizi bizə göstərən bəyaz çərçivədəki əksimizi tanıyıb, xarakterlərimizi cilalayan təsvirləri həyat məktəbinə bənzətdik. Azərbaycan kinosunda hər bir obrazın məqsəd və məramını kameranın gözü ilə dəqiq göstərən, ədəbi əsərləri böyük səmimiyyət və məhəbbətlə ekran dilinə çevirən kino xadimlərimizdən biri də görkəmli operator, Əməkdar incəsənət xadimi Teyyub Axundovdur.

  

   Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiyakinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlir. O vaxt Bakı kinostudiyasında görkəmli kinodramaturq C.Cabbarlının eyniadlı əsəri əsasında “Almazfilminin çəkilişləri aparılırdı. Sənətə meylli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilir. 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərir.

  

   Müharibə salnaməsi

  

   Teyyub Axundov sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışır, peşəkar rejissoroperatorlardan sənətin sirlərini öyrənməkdən zövq alırdı. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir. İki dəfə yaralanaraq hospitala düşür. Qələbə xəbərini Vyanada eşidir.

   Ön cəbhədə şücaətlə döyüşən Teyyub Axundov eyni zamanda döyüş bölgəsində əlinə keçən fotoaparatla əsgər dostlarının, viran qalmış şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alır, özü də bilmədən müharibənin salnaməsini yaradır. Bu fotolardan sonralar sənədli filmlərdə də istifadə edilir.

   1946-cı ilin iyununda ordudan tərxis olunaraq böyük yaradıcılıq eşqi ilə Bakı kinostudiyasına qayıdır. Elə həmin ildə rəhbərlik tərəfindən kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilir. Orda məşhur Rusiya kinooperatorları Anatoli Qolovnya Mark Magitsondan operator sənətinin sirlərini öyrənir. Doğma kinostudiyaya qayıtdıqdan sonra isə geniş dünyagörüşünü zəngin mütaliəsini səmərəli əmsalına çevirib Azərbaycan kinosunda orijinal yaradıcılıq nümayiş etdirir. İstedadlı operator ona tapşırılan hər bir mövzuya diqqətlə yanaşır, aktyor psixologiyasına yaxından bələd olur, rejissor istəyini dəqiq yerinə yetirirdi. Bütün bunlar gənc, lakin kifayət qədər həyat təcrübəsi olan kinooperator üçün vacib idi. Kinorejissorlar da tarixi-bioqrafik (“Mahnı belə yaranır”), detektiv (“Onu bağışlamaq olarmı?”), tarixi-inqilabi (“Qatır Məmməd”), hərbi-vətənpərvərlik (“Dağlarda döyüş”), lirik-psixoloji (“Tütək səsi”, “Şərikli çörək”) başqa janrlarda çəkilən filmlərdə kamera arxasına keçməyi ona həvalə edirdilər.

  

   Kinoda peşəkarlıq

  

   İstedadlı kinooperator 1954-cü ildə Yan Frid Hüseyn Seyidzadənin çəkdiyiDoğma xalqımaadlı ekran əsərinin operatorlarından biri olur. Bu, Azərbaycanın ilk rəngli bədii-sənədli filmi idi. O, filmdə tanınmış operatorlar Ə.Atakişiyev X.Babayevlə birlikdə çalışır. Bir il sonra isə müstəqil operator kimi görkəmli rejissor T.TağızadəninGörüşfilmində (C.Məmmədovla birgə) çalışır. Azərbaycan Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmiş, kənd zəhmətkeşlərinin həyatından bəhs edən, natura çəkilişləri bol olan filmdə Teyyub Axundov müxtəlif rakurslu çəkilişlər vasitəsilə özünün yaradıcılıq kredosunu təsdiqləyir, milli kinomuzda peşəkar operator məktəbinin banilərindən birinə çevrilir. Kinorejissorların diqqətini çəkən sənətkar bundan sonra bir-birinin ardınca müxtəlif janrlı filmlərin çəkilişinə dəvət alır. Onun ümumi yaradıcılığına 25 sənədli, 17 bədii ekran əsəri, “Mozalankinojurnalının 8 filmi daxildir. Peşəkar operatorun çəkdiyi sadə süjetli filmlər belə maraqlı mənalı kadr kompozisiyasına görə tamaşaçını darıxdırmır, filmləri baxımlı edirdi.

   Görkəmli rejissor Rza Təhmasib Teyyub Axundovun nəzəri praktik biliyinin daha genişplanlı məzmunlu ekran əsərləri işləməsinə imkan verdiyini görür 1959-cu ildə quruluş verdiyiOnu bağışlamaq olarmı?” filmini lentə almağı ona həvalə edir. Teyyub Axundov xatirələrində yazır: “Çəkdiyim filmlər içərisindəOnu bağışlamaq olarmı?” Birisigün gecəyarısıfilmlərinin çəkiliş proseslərini heç vaxt unutmuram. Bu filmlərdə çox geniş yaradıcılıq imkanları var idi, mən bundan gen-bol istifadə etdim”.

   Ümumiyyətlə, rejissor ideyasının məhsulu olan filmləri operatorların fərdi yaradıcılıq üslubları formalaşdırır. Məsələn, Teyyub müəllim kinorejissor Ş.Mahmudbəyovun “Romeo mənim qonşumdurfilmində komediya janrının tələblərinə uyğun olan müxtəlif rakurslu, ümumi planlı, panoramlı çəkilişlərdən məharətlə istifadə edib. Hadisələrin koloritini, personajların düşdüyü vəziyyətin komizmini artırmaq, əsərin mahiyyətini çatdırmaq üçün birinci plan portret çəkilişlərini müxtəlif rakursundan göstərib, prototiplərin hiss, həyəcanlarını qabarıq əks etdirib. Tarixi-inqilabi filmlərdə isə əsərin məzmunundan irəli gələn tələblərə əsasən aktyor peşəkarlığı nəzərdə tutulmaq şərti ilə ümumi plan təsvirlərinə üstünlük verib. Bu janrda çəkilən filmlərdə personajların, demək olar ki, hamısı əsas qəhrəman hesab olunur.

   Teyyub müəllim quruluşçu operator olduğuMahnı belə yaranır”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Od içində başqa filmlərdə maraqlı məişət boyalarına geniş yer verərək janr üslub cazibədarlığı göstərmişdir. Onun çəkdiyi hər bir kadrın ümumi kompozisiyası məkanın mühitin ab-havasını dəqiq çatdırır. Məsələn, “Sehrli xalatfilmində pionerlər sarayına toplaşan uşaqların cəsurluğunu, orta əsrlərdə yaşayan xan vəzirlərin məkrli niyyətlərini, fərqli cəhətlərini işığın, rənglərin ümumi vəhdətindən, cazibəsindən yaranan rəngarəng təsvirlər vasitəsilə izləyirik. Peşəkar operatorun əsas məqsədi hər kadrın məna çalarlarını, mövzuda olan məntiqi mənanı qabartmaq, nağıldakı reallığı belə nəzərə çarpdırmaq idi. Operatorluq sənətinin ümdə vəzifəsi olan rəng işıq seçimində heç vaxt yanılmayan Teyyub Axundov çəkdiyi bütün filmlərdə həyat faktlarından yaranmış tabloları qabarıq canlandırır, ədəbi əsərin mahiyyətini tam açır, real qəbul etdiyimiz obrazların gerçək simasını müəyyənləşdirirdi. Belə kinematoqrafçılarımız sayəsində filmlərimiz milli kontekstdə inkişaf edir, peşəkar aktyor məktəbi yetişirdi.

   Kinorejissor Ş.MahmudbəyovunŞərikli çörəkfilmində peşəkar aktyor heyətinin tərkibində olan uşaq aktyorların kamera qarşısındakı sərbəst ifası, filmin ideya məzmununun maksimal səviyyədə açılması rejissor traktovkası ilə bərabər operator peşəkarlığı, səmimiyyəti ilə bağlıdır. Filmdə rol alan kiçik aktyorlar müharibə illərinin əzabını yaşayan uşaq dünyasının mündəricəsini canlı dolğun çatdırdılar. Buna görə müharibənin görünməyən dəhşətləri haqqında bitkin təsəvvür yaradan azyaşlı aktyorların adı uzun illər teatr kinoda çalışan peşəkar aktyorlarla birlikdə fəxrlə çəkildi, vurğulandı.

   Azərbaycan kinosuna layiqli imza atan kinooperatorun çəkdiyi filmlər haqqında çox danışmaq olar. Onun lentə aldığı bədii filmlər yüksək mükafatlara layiq görülüb. Teyyub müəllim xronika sahəsində uzun illər çalışıb, operator kimiSülh uğrunda mübarizə”, “Onun 150 yaşı var”, “Çağırışa cavab”, “Azərbaycan subtropiklərində”, rejissor-operator kimiGənc metallurqlar”, “Mən Xəzər dənizçisiyəm”, “Şirvan qoruğu”, rejissor kimiMikayıl Müşfiq”, “Bizim qayğılarımız s. sənədli filmləri çəkib.

  

   Sevilən sima

  

   Teyyub Axundov şəxsi keyfiyyətlərinə görə həmkarları, qohum-qonşuları arasında böyük hörmət qazanmışdı. Həyətindəki ağaclara qulluq etməyi çox sevərdi. Meyvə ağaclarını xüsusi bacarıqla calaq edərdi. Teyyub müəllimin qardaşı qızı Zərifə xanımın bu barədə maraqlı xatirələri var: “Əmim calaq edilmiş üzüm yetişdirirdi. Biz bağçaya girəndəhansı meyvəni dərirsiniz dərin, calaq etdiyim ağacın meyvələrini sənət dostlarıma göstərəcəyəm onları kal-kal dərməyin” - deyə tapşırardı. Biz mütləq o meyvənin dadına baxardıq. Doğrudan da, onun yetişdirdiyi meyvələrin fərqli dadı vardı. O, mütaliə etməyi çox sevərdi. Şəxsi kitabxanasındakı kitabları səliqəli saxlayar, bizə onlarla yaxşı rəftar etməyi tövsiyə edərdi. O, öz üzərində çox çalışardı. Çəkdiyi filmlərdə təsadüfi kadrları filmlərə salmağından, kadrarxası məzəli əhvalatlardan həvəslə danışardı. Bir sözlə, sənətinin vurğunu idi. O, yaddaşımda örnək həyat yolu olan bir insan kimi qalıb”.

   Sənət dostları onun haqqında bu gün böyük sevgi ilə danışırlar. Sənətkarı sənəti ucaldır, müsbət şəxsi keyfiyyəti isə əbədi yaşadır. Teyyub Axundov ekrandan sevə-sevə vəsf etdiyi həyatla 1991-ci il dekabrın 3-də, 71 yaşında vidalaşdı. Böyük həyat eşqi ilə çəkdiyi filmlərində isə həyata, insanlığa hörmət ehtiram hissini miras qoydu.

  

 

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

  Mədəniyyət.- 2013.- 8 fevral.- S. 12.