Uşaq bağçasında “Səyyar kitabxana

 

   Fevralın 6-da Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) uşaq şöbəsi tərəfindən 177 nömrəli uşaq bağçasında “Səyyar kitabxana” aksiyası keçirilib. Aksiyada MKS-nin uşaq kitab fondundan müxtəlif mövzularda nəşrlər nümayiş etdirilib, uşaqlar üçün maraqlı nağıllar seçilərək ucadan oxunub. “Cəsur qarışqa”, “Qoca şir”, “Ayı balası” nağılları, rəngarəng şəkilli kitablar uşaqların marağına səbəb olub.

   Aksiyanın məqsədi kitabxananın fəaliyyətinin yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi və buraya yeni oxucuların cəlb edilməsidir. “Səyyar kitabxana” aksiyasının davamlı olaraq Binəqədi rayonunun digər uşaq bağçalarında da keçirilməsi nəzərdə tutulub.

 

 

   Mədəniyyət.- 2013.- 8 fevral.- S. 10.