“İçərişəhər”
beynəlxalq layihədə
Yunanıstanın Bizans və Post Bizans Abidələri
üzrə Avropa Mərkəzi “Qara dəniz hövzəsi
transsərhəd əməkdaşlıq proqramı” çərçivəsində
yeni layihəyə start verib.
Avropa Birliyinin dəstək verdiyi
“OLKAS: Egey dənizindən Qara dənizə qədər Şərq
dəniz marşrutlarında orta əsr limanları” adlı
layihə üzrə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi assosiativ tərəfdaş
seçilib. İdarədən verilən məlumata görə,
layihədə Bolqarıstan, Rumıniya, Gürcüstan,
Ukrayna, Türkiyə, Rusiya və Yunanıstanda fəaliyyət
göstərən dövlət qurumları, tədqiqat
institutları və muzeylər iştirak edirlər.
Layihənin əsas məqsədi
resursları birləşdirərək sosial-iqtisadi inkişaf
üçün transsərhəd əməkdaşlığını
dəstəkləmək, ortaq turizmin inkişafı sahəsində
təşəbbüsləri genişləndirməklə
turizm şəbəkəsi yaratmaqdır.
2014-cü ilə qədər icra
olunacaq layihə çərçivəsində partnyorlar
üçün bir sıra fəaliyyətlərin, o cümlədən
təlimlərin, seminarların, qarşılıqlı səfərlərin
həyata keçirilməsi planlaşdırılır. Layihənin
sonunda yaradılacaq “Qara dəniz hövzəsi ölkələrinin
mədəni turizm şəbəkəsi” gələcək əməkdaşlıq
üçün fəaliyyət proqramı hazırlayacaq.
Xatırladaq ki, layihə çərçivəsində
15 dekabr - 15 yanvar tarixində Yunanıstanda Qara dəniz və ətraf
coğrafiyada qədim zamanlarda mövcud olmuş və
hazırda fəaliyyət göstərən 39 limanı
(Saloniki şəhərindən Bakıya qədər) əks
etdirən fotosərgi təşkil edilmişdi. Sərgidə
Bakı limanını əks etdirən foto və rəsmlər
də nümayiş olunub.
Ceyhun
Mədəniyyət.-
2013.- 8 fevral.- S. 6.