Daş yuxulartarixi saxtakarlıqlarla doludur

 

   Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yazıçı Əkrəm Əylislinin RusiyanınDrujba narodovjurnalında dərc olunanDaş yuxularromanı ilə bağlı araşdırmalar başlanıb.

  

   AMEA prezidenti Mahmud Kərimov bildirib ki, Tarix, Arxeologiya Etnoqrafiya, Fəlsəfə, Sosiologiya Hüquq institutlarında bu araşdırmalar aparılacaq: “Əsərdə elmi baxımdan bir çox yanlışlıqlar həqiqətə uyğun olmayan məqamlar var. Biz bu səhvləri elmi cəhətdən əsaslandıracağıq. İctimaiyyətin diqqətini bu səhvlərə cəlb edəcəyik”.

   AMEA prezidenti belə bir əsərin işıq üzü görməsindən çox təəssüfləndiyini deyib: “Əsərdə balans gözlənilsəydi, yazıçının humanistliyini şəxsi mövqeyini başa düşmək olardı. AncaqDaş yuxularçox birtərəfli qərəzli əsərdir. Əsərdə Azərbaycan xalqı ancaq dağıdıcı qüvvə kimi, ermənilər isə yaradıcı xalq kimi əks olunub. Bu isə Azərbaycan xalqına qarşı təhqirdir. Bununla barışa bilmərik”.

  

   * * *

 

   AMEA Tarix İnstitutu Elmi Şurasının Əkrəm ƏylislininDaş yuxularromanına həsr olunmuş iclası keçirilib. Elmi Şuranın üzvləri, tarixçilər əsərə münasibət bildiriblər.

   İclasda çıxış edən institutun direktoru Yaqub Mahmudov bildirib ki, əsər tarixi saxtakarlıqla doludur. Yazıçı əsərdə Azərbaycan xalqına düşməni dost, dostu düşmən kimi təqdim edib: “O, yuxuları Naxçıvanın Əylis kəndində görür. Birinci yuxuda görür ki, guya bu ərazidə türklər soyqırımı törədiblər. Bu, yazıçının 2015-ci ildə qondarma soyqırımının 100 illiyinə töhfəsidir. İkinci yuxuda Naxçıvanı erməni torpağı kimi görür. Azərbaycanlılar sonradan gəlmiş barbarlardır. Ermənilər isə kökə malikdirlər, humanistdirlər. Əsərdə yazıçı erməniyə çağırış edir ki, sən öz Məkkə, Mədinənə - Naxçıvana sahib çıxmalısan. O gözləyir ki, ermənilər qayıdıb Naxçıvana gəlsin Əylis yenidəncənnətə çevrilsin”. Bu, yazıçının Azərbaycan xalqına münasibətidir”.

   Tarixçi alim daha sonra deyib: “Azərbaycan müharibə vəziyyətindədir. Lakin buna baxmayaraq ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasında olmaq üçün sürətlə irəliləyir. Bütün bunlar Azərbaycana qarşı kəskin qısqanclıq doğurur. Hazırda Azərbaycana qarşı aparılan başlıca siyasət budur ki, ölkəmizin torpaqları erməni işğalında qalsın. Əsərin Xocalı faciəsinin, Sumqayıt hadisələrinin ildönümü ərəfəsində çap olunduğu da nəzərə alınmalıdır. Əkrəm Əylislinin görmədiyi yuxular da var. O bu yuxuları qəsdən görmür. O yuxularında 31 mart soyqırımını, Bakıda törədilən 20 yanvar hadisələrini, Şəhidlər xiyabanını, Qafqaz İslam Ordusunu, Türk şəhidliyini görmür, Azərbaycanın işğal olunmuş torpaqlarını, Xocalını, Şuşanı, Qarakəndi görmür. Əylisli bu əsərlə ermənilərə, qriqoryanlara xidmət edir. Onun ən böyük cəzası Azərbaycan xalqının nifrətidir”.

 

  

    Mədəniyyət.- 2013.- 8 fevral.- S. 6.