Sürücü, çəkməçi, rəssam və aktyor

 

   Bakını özünə ikinci vətən sayırdı

  

   Burada heç yerdə görmədiyim xoş rəftar, səmimiyyət və gözəl münasibət gördüm

  

   İnsanı özündən sonra yaşadacaq, şübhəsiz, bir iz olmalıdır. Rəngarəng yaradıcılığı ilə kino mədəniyyəti tariximizdə iz qoyan onlarla sənətkar yaşayıb. Onlardan biri də Krım-Tatar Muxtar Respublikasının Xalq artisti, Azərbaycanı özünün ikinci vətəni sayıb, burada yaşayıb-yaradan, milli kinematoqrafımızda iz qoyan Xeyri Əmirzadə olub.

  

   Xeyri Qara Osman oğlu Əmirzadə 1893-cü ildə Yalta şəhəri yaxınlığındakı Dərəgöy kəndində anadan olub. Mömin ailədə böyüyüb. Uşaqlıq illəri ağır ehtiyac içində keçib. Bütün bunlara baxmayaraq erkən çağlardan incəsənətə, rəsm çəkməyə maraq göstərib. Baqqal işləyən atasının isə bu sənətdən xoşu gəlməyib. Ona görə də Xeyrini bu işdən çəkindirməyə çalışıb. Lakin o, atasından gizliolsa, rəssamlığına davam edib. Bir gün o, yenə də rəsm çəkərkən başının üstündə bir nəfərin durduğunu görür. O, astadan deyir: “Mən də rəssamam. Adım da Mirsayadovdur. Yaltaya istirahətə gəlmişəm. Səni hərdən rəsm çəkən görürəm. Ona görə də məni maraqlandırdın. Əl işlərin xoşuma gəldi. Öz üzərində işləsən bir şey alınacaq...”

   Bu söhbətdən ruhlanan Xeyri öz üzərində daha çox çalışır. Vaxt gəlir, vədə yetişirXeyri oxumaq üçün Sankt-Peterburqa gedir. Rəssamlıq məktəbinə qəbul olur. Bir il burada təhsil alır. Ancaq çox keçmir evlərindən bir məktub alır. Məlum olur ki, anası Zəhra vəfat edib. O, təhsilini yarımçıq qoyub geri dönür. Ehtiyac üzündən daha Sankt-Peterburqa qayıda bilmir. Bir müddət sonra atası da dünyasını dəyişir. Evin bütün qayğısı onun üzərinə düşür. Nə edəcəyini çox götür-qoy edir. Xarkov şəhərinə gedib sürücülük məktəbində oxuyur. Bir il sonra geri dönür. Buxara əmirinin yanında işə düzəlir. Onun şəxsi sürücüsü olur. Əmir ona qoçaq və zirək olduğu üçün qayğı ilə yanaşır. Bu xeyirxahlığın əvəzi olaraq Xeyri özünə Əmirzadə soyadını götürür.

   1917-ci il Oktyabr inqilabından sonra Xeyri Yaltada sürücülük məktəbi açır, gənclərə maşın sürməyi öyrədir.

   O, doğrudan da, qeyri-adi istedad sahibi olub. Gözəl rəsm çəkməyi ilə bərabər, yaxşı rəqs etməyi bacarıb. Günlərin bir günü Sankt-Peterburqdan Yaltaya bir balet truppası gəlir. Xeyri onlarla dostluq əlaqələri qurur. İfa etdiyi milli rəqslər truppa üzvlərini heyran edir. Deyilənə görə, o, bir dəfə Moskvada olarkən Böyük Teatrın səhnəsindəÇoban rəqsi”ni yüksək səviyyədə ifa edir. Sürəkli alqışlarla qarşılanır. Bu alqışlar onun həyatında yeni bir cığır açır. O, Krım tatar teatrının yaradıcılarından biri olur. Teatr səhnəsindəArşın mal alantamaşasında Soltan bəy, “Tahir Zöhrə”də Tahir, “Evlənmə”də Podkolyozin digər rolları oynayır. Günlər bir-birini əvəz etdikcə ictimaiyyət arasında Xeyrinin nüfuzu artır. Rəsmi tədbirlərdə el şənliklərində böyük hörmətlə qarşılanır. Krım tatar xalqının mədəniyyət xadimi səviyyəsinə yüksəlir. Muxtar respublikanın dövlət rəsmiləri onaXalq artistifəxri adı verilməsi ilə bağlı Moskvaya müraciət edirlər. Ancaq müraciət cavabsız qalır. Bu da xalq arasında söz-söhbətə səbəb olur. Camaat danışırmış ki, Moskva Krımın ilk Xalq artistinin tatar yox, rus olmasını istəyir. Lakin 1923-cü ildə o, Krım-Tatar Muxtar Respublikanın ilk “Xalq artistifəxri adına layiq görülür.

   Bundan sonra onun həyatında köklü dönüş olur. O, Moskvaya, oradan da Odessa kinostudiyasına dəvət alır, bir sıra filmlərə (“Həbs üçün order”də (1926) Sergey, “Sement”də (1927) Qleb Çumalov, “Məkkədən gəlmiş qonaq”da (1928) Faiz Məmməd s.) çəkilir.

   Xeyri Əmirzadə 1930-cu ildə Bakıya, “Azərfilmkinostudiyasına dəvət olunur. Bu dəvəti böyük sevinclə qəbul edir. Sonralar o, rejissor M.Mikayılovla söhbətlərinin birində deyib ki, “Azərfilmkinostudiyasında işləmək mənim çoxdankı arzum olub. Çünki Bakı beynəlmiləl şəhər kimi bütün Sovetlər İttifaqında məşhurdur. Burada heç yerdə görmədiyim xoş rəftar, səmimiyyət gözəl münasibət gördüm. Bakı, həqiqətən mənim ikinci vətənimdir...”

   1931-ci ildə Bakıya gələn Xeyri Əmirzadəni kinostudiyanın kollektivi köhnə dost kimi qəbul edir. O, az vaxt ərzində yoldaşları ilə qaynayıb-qarışır. Bu vaxt kinostudiyada “26 komissarfilminin çəkilişlərinə hazırlıq işləri aparılırdı. Quruluşçu rejissoru N.Şengelaya komissar rolunu ona həvalə edir. Onun hündürboy, enlikürək, iri cüssəli, itibaxışlı olması ilk baxışdan rejissorun xoşuna gəlir. Beləliklə, Xeyri Əmirzadənin Bakıda kino aktyoru kimi fəaliyyəti 1932-ci ildə lentə alınan “26 komissarbədii filmi ilə başlayır.

   1934-cü ildə o, Ağarza QuliyevinDostlar” (traktorçu) Mikayıl Mikayılovunİsmət” (Səməd) filmlərində əsas rollara çəkilir. 1936-cı ildə rejissor A.Quliyev onuAlmazfilmində Kərim roluna dəvət edir. Bu film ekranlarda nümayiş etdiriləndən sonra Xeyri Əmirzadə Bakı kinostudiyasında bədii şuraya üzv seçilir. Beləliklə, o, kinostudiyanın aparıcı aktyorlarından biri olur. S.MərdanovunKəndlilərtarixi-inqilabi filmində (1939) Mehmandar bəy, A.Beknazarov R.TəhmasibinSəbuhitarixi-bioqrafik filmində (1941) Rəcəb rollarında çəkilir.

   1941-ci ildə Böyük Vətən müharibəsi başlayır. Stalinin əmri ilə bir çox Qafqaz xalqları, Krım tatarları da Orta Asiyaya sürgün edilir. X.Əmirzadə Bakı kinostudiyasında işdən çıxarılır. Araşdırmalarda göstərilir ki, bir gün Xeyri şəhərdə çəkmə ustası ilə tanış olur. Ondan bu sənətin sirlərini öyrənir çəkməçiliyə başlayır. Bir müddət sonra Yaltaya qayıdır. Stalinin ölümündən (1953) sonra ölkədə bir qədər mülayimləşmə gedir. 1956-cı ildə Krım tatarları ilə bağlı qadağalar ləğv olunur. Xeyri Əmirzadə yenidən Bakı kinostudiyasından dəvət alır. Tezliklə Bakıya qayıdır. Ancaq bu qayıdışın sevinci uzun sürmür. İllərin təhdidləri, eyham kinayələri sənətkarı mənən sındırmışdı. O, qədər cəhd etsə , özünü ələ ala bilmir, günü-gündən zəifləyir xəstələnir. 1958-ci il fevralın 17-də vəfat edir. İkinci vətən hesab etdiyi Bakıda böyük hörmət ehtiramla dəfn olunur.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2013.- 13 fevral.- S. 15.