Bakıda
Çin Yeni ili qeyd olunub
Çində ay
təqviminə görə qeyd edilən Yeni il bayramı bu il fevralın 9-na təsadüf
edib. Bu bayramı
çinlilər “Çuncye”
adlandırırlar.
Qədim dövrlərdən Çində baharın müjdəçisi kimi qeyd edilən bayram kütləvi xalq şənlikləri, atəşfəşanlıqla müşayiət olunub. İnsanlar bu Yeni ilə əvvəldən hazırlaşır, hədiyyələr alır, evlər, küçə və meydanlar qırmızı fanarlarla bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də yeni ildə uğurlara yol açır.
Fevralın 9-da Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xəzər Universitetində Çin Yeni ilinə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən BDU-nun prorektoru, professor Adil Kazımzadə Azərbaycan-Çin münasibətlərindən söz açıb. Qeyd olunub ki, BDU-nun nəzdində Konfutsi İnstitutunun yaradılması iki ölkə arasında dostluğun əyani nümunəsidir. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin ölkəmizdə Çin dilinin öyrənilməsi, Çin ilə yaxından tanışlıq və mədəni mübadilədə Konfutsi İnstitutunun rolunu yüksək qiymətləndirib.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri Hamlet İsaxanlı və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Lalə Əhmədova bayram təbriklərini çatdıraraq Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində təhsilin rolundan danışıblar.
Rəsmi hissədən
sonra təqdim olunan əyləncəli
proqramda tələbələr Çin xalq
mahnılarını ifa edib,
şeirlər söyləyib, bu ölkənin
milli geyimlərini nümayiş
etdiriblər.
Mədəniyyət.-
2013.- 13 fevral.- S. 14.