Estoniya Mərkəzi Kitabxanasında Azərbaycan günü

 

   Estoniya Mərkəzi Kitabxanasında “Saja Rahva lood” (“Yüz xalqın nağılı”) çərçivəsində Azərbaycan günü qeyd olunub. Layihə Estoniya Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılır.

   Tədbirdə “Azərbaycan bazar günü məktəbi”nin rəhbəri Sənəm Əliyeva və müəllim Elmira Həsənova Tallinn şəhər bağçasının uşaqları və müəllimləri ilə Azərbaycan haqqında söhbət aparıblar. Sonra uşaqlarla birlikdə eston dilinə tərcümə edilmiş “Cırtdan” nağılı təqdim olunub. Tədbirin sonunda uşaqlar və müəllimlərlə birlikdə şəkərbura bişirilib və uşaqlara Azərbaycan dilində ana, ata, vətən, torpaq, qız, oğlan və s. sözlərin deyilişi və yazılışı öyrədilib.

 

 

     Mədəniyyət.- 2013.- 13 fevral.- S. 13.