Qusarda kitabxanalar
elektronlaşdırılır
Azərbaycanda 2013-cü ilin
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə
əlaqədar Qusar rayonunun kitabxanalarında
elektronlaşdırma işləri sürətlənib.
Artıq Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin (MKS) 10 kənd filialında kompyuter və internet şəbəkəsi
quraşdırılıb. MKS-nin direktoru Zahir Mustafayev bildirib
ki, kitabxana filiallarında multimedia mütəxəssisinin fəaliyyəti
də təmin edilib. Artıq iki ildir ki, rayon MKS-nin veb-saytı
fəaliyyət göstərir. İndiyədək həmin
ünvanda 2700 virtual oxucu qeydiyyatdan keçib. Ümumilikdə
46 filialı olan rayon MKS-nin 306 minə yaxın kitab fondu, 30
mindən çox oxucusu var.
Mədəniyyət.-
2013.- 13 fevral.- S. 13.