Kitabsız
kitabxana
Azərbaycanda ilk dəfə
“Kitabsız kitabxana” yaradılacaq. Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin
verdiyi məlumata görə, layihə
“İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində
həyata keçirilir: “Bu, innovativ layihədir. Yeni kitabxanada
kitab olmayacaq. Oxucular kompyuter, planşet, monitor və sairədən
istifadə edərək elektron kitabları rahat şəkildə
oxuyacaqlar. Beləliklə, İKT-nin son yeniliklərindən
istifadə etməklə çağdaş və komfortlu bir
kitabxana yaradacağıq”.
İdarə rəisinin sözlərinə
görə, oxucular burada bütün kataloqlardan təmənnasız
istifadə edə biləcəklər. Kitabxanada məktəb
yaşlı və bağça uşaqları
üçün də tələblər nəzərə
alınacaq: “Uşaqlar üçün “Canlı kitab” guşəsi
yaradılacaq. Bu, monitordan canlı şəkildə oxumaq
üçün nəzərdə tutulub. Azyaşlılara
müxtəlif nağıllara vizual, izahlı şəkildə
baxmaq üçün hər cür şərait
yaradılacaq”.
Qeyd edək ki, “Kitabsız
kitabxana”nın Nizami rayonunda açılması nəzərdə
tutulur. Bunun üçün artıq müvafiq yer
ayrılıb. Kitabxananın pulsuz xidmətlərindən eyni
vaxtda 50 oxucu istifadə edə biləcək.
Ceyhun
Mədəniyyət.- 2013.- 13 fevral.-
S. 12.