Vətən balladası”ndanDostuma məktub

 

   Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinovun yaradıcılığına həsr edilmiş müəllif konserti keçirildi.

  

   Sənətsevərlər çoxdan bu konserti gözləyirdilər desəm, yanılmaram. Tədbirin başlamasına yarım saat qalmış hər kəs öz yerini tutmuş müəllifin gəlişini gözləyirdi. Şair Baba Vəziroğlu konsert başlamazdan əvvəl öz fikirlərini jurnalistlərlə bölüşdü: “Bu gün gözəl bir musiqi axşamı yaşayacağımıza əminəm. Faiq Sücəddinov bizim bəstəkarlıq məktəbinin canlı korifeylərindən biridir. Bu gün mən Faiq müəllimdən son dövrdə yazdığı yeni bəstələrinin ifasını da gözləyirəm. Biz onunla bir çox mahnılar üzərində işləmişik, hər zaman fikirlərimizi bölüşmüşük bu gün çiyin-çiyinə çalışırıq. Konsert münasibətilə bəstəkarı onun sənətinin vurğunlarını təbrik edirəm”.

   Sonra Faiq Sücəddinov səhnəyə çıxaraq konsertlə bağlı ürək sözlərini dedi. Bildirdi ki, Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda, həmkarlarının, görkəmli mədəniyyət incəsənət xadimlərinin, musiqisevərlərin qarşısında ifa etmək çox şərəflidir. Bu salonda Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi görkəmli sənətkarların fortepiano ifasını dinlədiyini xatırlatdı: “Onlardan sonra bu səhnədə ifa etmək mənim üçün böyük məsuliyyətdir”.

   Konsert proqramı Faiq Sücəddinovun fortepianodaVətənballadasının ifası ilə başladı. Ülviyyə Tağıyevanın Xalq artisti Samir Cəfərovun ifasında bəstəkarın vokal əsərləri - “Salam ver”, “Nəğmələr”, “Məhəbbət poeması”, “Azərbaycanalqışlarla qarşılandı. Müəllifin ifasındaPortret”, “Payız çağı”, “Xəzərin ləpələri”, “İthaf”, “Yeni Bakı”, “Dostuma məktub digər əsərləri bir-birini əvəzlədikcə qış havasına sanki bir hərarət qatılırdı.

   Konsertin sonunda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə gecə ilə bağlı öz təəssüratlarını bölüşdü: “Faiq Sücəddinov sənətə pianoçu kimi gəlsə , sonradan bəstəkar kimi şöhrət qazandı. Təbii ki, bu şöhrəti istedadı zəhmətsevərliyi ilə qazandı. Bəstəkarın 70-80-ci illərdə bəstələdiyi mahnılar bizim gəncliyimizin ən populyar sevilən mahnıları sırasındadır. Bizim zalda əsasən akademik musiqilər səslənir. Bugünkü proqram isə çox maraqlı unudulmaz anlarla yadda qaldı”.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.- 13 fevral.- S. 4.