Adelaida Məmmədova nazirliyin Fəxri fərmanı ilə təltif edilib

 

   Fevralın 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan professional vokal sənətinin banisi, professor Bülbülün həyat yoldaşı, Prezident təqaüdçüsü Adelaida Məmmədovanı qəbul edib.

 

   Nazir 90 illik yubileyi münasibətilə A.Məmmədovanı təbrik edib, ona cansağlığı arzulayıb.

   Ə.Qarayev mədəniyyət sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətini, habelə anadan olmasının 90 illiyini nəzərə alaraq, 2012-ci ilin dekabr ayında öz xahişi ilə Bülbülün memorial muzeyinin direktoru vəzifəsindən azad edilən Adelaida Məmmədovanı MədəniyyətTurizm Nazirliyinin Fəxri fərmanı və pul mükafatı ilə təltif edib.

   A.Məmmədova ona göstərilən diqqət və qayğıya, fəaliyyətinə verilən yüksək qiymətə və səmimi qəbula görə nazirə minnətdarlığını bildirib.

 

 

   Mədəniyyət.- 2013.- 13 fevral.- S. 3.