Türkiyəli
millət vəkili Turizm İnstitutunun
qonağı olub
Fevralın 13-də Türkiyə Böyük Millət Məclisinin üzvü, İğdırdan millət vəkili,
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan Azərbaycan Turizm İnstitutunun qonağı olub.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov türkiyəli millət vəkilinin instituta gəlişindən şad olduğunu bildirərək təhsil ocağı haqqında qonağa məlumat verib. ATİ-nin inkişaf strategiyasında təhsil, tədris-təcrübə və təlim-tədqiqat istiqamətinə, bacarıqlı kadr potensialının formalaşmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Sinan Oğan bildirib ki, Azərbaycan onun ikinci vətənidir. Bir müddət
Azərbaycan Dövlət
İqtisad Universitetində
türk dünyası
işlətmə fakültəsində
dekan müavini kimi fəaliyyət göstərdiyini deyən
qonaq «Azərbaycan» adlı kitabın müəllifidir. Millət vəkili
Dünya Azərbaycanlılarının
Qurultayında iştirakından,
Prezident cənab İlham Əliyev tərəfindən “Tərəqqi”
medalı ilə təltif olunmasından böyük qürur duyur. O, Türkiyə-Azərbaycan
dərnəyinin rəhbəri
kimi hər zaman Azərbaycanda olmağı, eyni zamanda ATİ-ni ziyarətindən məmnun
qaldığını bildirib.
Sonda xatirə şəkilləri
çəkilib.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 15 fevral.-
S. 2.