Dünya musiqi alətləri
İkinci yazı
Stradivarinin milyonluq yadigarı
Dünya musiqi sənətində
əvəzolunmaz yeri və bənzərsiz
instrumental ifa imkanları
olan skripkanın tarixi XVI əsrə gedib çıxır.
Bu musiqi aləti
italyanlar və fransızlar tərəfindən
hazırlanıb və
təkmilləşdirilsə də, onun mənşəyi
daha qədimdir. Skripka əvvəllər başqa
tərzdə ifa olunmuş, daha sonralar onu oturaq
şəkildə dirsəyə
qaldırılmış formada
ifa etmişlər.
Solo skripka ustaları
isə adətən onu ayaq üstə
ifa edirlər. Hətta qədim Misirdə də buna bənzər
musiqi alətləri mövcud olmuşdur.
XVII əsrdə sırf skripka musiqi məktəbi fəaliyyət göstərmiş,
bu məktəbin öz tədris qaydaları olmuşdur.
Dünyanın ən məşhur
skripka ustası Antonio
Stradivari (1644-1737) hesab olunur.
Onun düzəltdiyi skripkaların
qiyməti bu gün milyonlarla ölçülür. Dünyanın məşhur skripka ifaçılarına Andero
Amaci və skripkada ifanın sürətinə görə
üç dəfə
dünya rekordlarını
təzələyən Ben Lini
nümunə göstərmək
olar. Ben Li dünyanın ən sürətli skripka ifaçısı hesab olunur.
Skripka türk dünyası
və ərəb ölkələrində də
geniş yayılmış
musiqi alətidir.
Azərbaycanın məşhur skripka
ifaçıları Azad Əliyev,
Sərvər Qəniyev,
Kazbek Əliyev, Natiq Nuriyev və başqaları bu aləti respublikamızda populyarlaşdıraraq sevdiriblər.
Bir vaxtlar Şotlandiya
Milli Orkestrində violonçel
çalan Devid Edvards professional musiqi karyerasını yarıda
saxlayaraq miniatür musiqi alətləri düzəltməyə başlayır
və bu balaca alətlərin hər birini 1000 funt sterlinqə satır. 76 yaşlı
usta deyir: “İşimdən zövq alıram. Bu mənim
həyatımdır. Mən
dünyada bu iş üzrə ən yaxşı ustayam”.
Yeri gəlmişkən, hər
il dünyada
təxminən bir milyon skripka hazırlanır. Bunun təxminən üçdə
biri - 300 mini Çinin
paytaxtı Pekinin payına düşür.
“Mən
tək kontrabasda?”
“Bəxtiyar”
filmində məşhur
səhnə hər kəsin yadındadır.
“Solo kontrabasda. İfa edir dəllək Mehdi Kazımov”. Kontrabas yayla çalınan müasir simli çalğı alətləri
arasında ölçülərinə
görə ən böyüyüdür, səslənmə
dərəcəsinə görə
isə ən aşağı registrə
malikdir. Kontrabas violonçel
ilə müqayisədə
iki dəfə böyükdür, halbuki violonçel özü də çox kiçik deyil - o da öz növbəsində
alt adlı simli çalğı alətindən
iki dəfə böyükdür.
Orkestrdə bu çalğı
alətindən ilk dəfə
XVII əsrdə istifadə
edilmişdir. Kontrabas o qədər
böyükdür ki,
ifaçı onu çalmaq üçün
ya ayaq üstündə
dayanmalı, ya da hündür kətil üzərində
əyləşməli olur.
Kontrabasın yan tərəflərinin
maili vəziyyətdə
olması ifaçıya
imkan verir ki, ən yüksək
səslər çıxarmaq
üçün korpusun
yuxarı hissəsindən
əyilərək əlini
qrifin aşağı
hissəsinə çatdırsın.
Müasir kontrabas virtuozluq
baxımından kifayət
qədər mütəhərrikdir.
Bu alətlə çox sürətli pasajlar eləmək mümkündür.
Musiqidə kontrabasın çox
böyük rolu var.
Bas səsli partiyalar ifa edilərkən bu alət həmişə
musiqi melodiyasının
bünövrəsini yaradır.
Orkestrdə dayaq nöqtəsi
sayılan bas tonu yaratmaqdan ibarət olan əsas funksiyasından əlavə,
kontrabasdan həm solo,
həm də ansambl aləti kimi istifadə edilir. Caz janrında kontrabas
geniş yayılmışdır.
Kontrabasçının əsas vəzifəsi
- harmoniyaları növbələşdirməklə
əsərin əsas xəttini idarə etməkdir.
Təranə Vahid
Mədəniyyət.-
2013.- 20 fevral.- S. 15.