45 illik yubiley uğurlarla yadda qalacaq

 

   Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbi yeni nailiyyətlər sorağında

  

   Ölkəmizdə uşaq yaradıcılığının inkişafı daim diqqət mərkəzində saxlanılan prioritet sahələrdəndir. Dövlətimizin başçısının sərəncamları ilə onlarla uşaq yeniyetmə Prezidentin xüsusi təqaüdünə layiq görülmüş, adları gənc istedadlarınQızıl kitabı”na daxil edilmişdir. Bu diqqət qayğı yaradıcı gəncləri daha da həvəsləndirir, onların seçdikləri sahəyə marağını artırır.

  

   İstedadlı uşaq gənclərin dəstəklənməsinə yönəlmiş layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır.

   Yeniyetmələrin incəsənətə cəlb edilməsində bədii-estetik tərbiyəsində, istedadlı gənclərin üzə çıxarılmasında, onların yaradıcılıq potensialının inkişaf etdirilməsində respublikanın uşaq musiqi, incəsənət rəssamlıq məktəblərinin rolu böyükdür. Bu günlərdə 45 yaşını qeyd etmiş Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbi belə təhsil ocaqlarındandır.

   Bu məktəbdə ilk əvvəl fortepiano tar ixtisasları tədris olunmuş, 1968-ci ildə qarmon, 1970-ci ildə isə kamança şöbələri açılmışdır. Musiqi məktəbi 1997-ci il dekabr ayının 2-dən böyük sənətkarımız Bülbülün adını daşıyır. Bu ad təhsil ocağına unudulmaz sənət fədaisinin 100 illik musiqi məktəbinin 30 illik yubileyi münasibətilə verilmişdir.

   Hazırda məktəbdə ikinövbəli sistem üzrə xalq çalğı alətləri fortepiano şöbələrində təhsil alan şagirdlərin sayı 284 nəfərdir. Məktəbdə qarmon, tar, fortepiano, xanəndə xor ixtisasları üzrə dərslər tədris edilir. Tədris ocağının direktoru Hacı Kamal Gülüşovla söhbət zamanı bildirdi ki, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Ötən il məktəb müasir avadanlıqlarla təmin edilmiş, yeni musiqi alətləri kompyuterlər alınmış internet şəbəkəsinə qoşulmuşdur.

   Məktəbdə çalışan təcrübəli müəllimlərdən Ramella İsmayılova, Tutu Mirzəyeva, Pərvanə Həsənova, Sərvanə Qəhrəmanova, Aynurə Əliyeva, Şəbnəm Ələkbərova, Günay Qədirova, İdayət Kazımov, Mirdamət Qiyasov, Sərhəd Muradov Ramiz Soltanov şagirdlərin əhatəli musiqi təhsili almaları üçün bütün bacarıqlarını sərf edirlər.

   Musiqi məktəbinin yetirmələri respublika miqyaslı müsabiqələrdə fəal iştirak edərək müəllimlərinin ümidlərini doğrultmuş, təhsil aldıqları məktəbə diplom fəxri fərmanlarla qayıtmışlar. Musa Zeynalov Astara şəhərində keçirilən respublika müsabiqəsində 3-cü uşaq folklor müsabiqəsində final mərhələyə vəsiqə qazanmış, Bakı şəhərində keçirilən final mərhələsində uğurla çıxış edərək diploma layiq görülmüşdür. 2004-cü ildə respublika üzrə təşkil olunmuş 4-cü uşaq folklor müsabiqəsində məktəbin şagirdi Kənan Heydərov gümüş medal UNİSEF-in diplomuna, Üzeyir Ağayev Ədalət Qanbayev UNİSEF-in diplomlarına layiq görülmüşlər.

   Məktəbin şagirdləri muğam müsabiqələrində uğurla çıxış edirlər. 2006-cı ildə Astarada keçirilən uşaq muğam müsabiqəsində 247 nəfər iştirakçı arasında məktəbin yetirməsi Aydın Hüseynzadənin ifaçılıq məharəti diplomla qiymətləndirilmişdir. Vüsal Quliyev isə müsabiqənin fəxri fərmanına layiq görülmüşdür. 2010-cu ildə Astara şəhərində keçirilən uşaq muğam ifaçılarının V respublika müsabiqəsində məktəbin digər şagirdi Allahqulu Ağayev diplomla təltif olunmuşdur. 2009-cu ildə Mədəniyyət Turizm Nazirliyinin Bərdə şəhərində keçirdiyiİstedadlı uşaqlarrespublika müsabiqəsində məktəbin tar ixtisası üzrə şagirdi Anar Rzayev uğurlu çıxışına görə diplom hədiyyələrlə mükafatlandırılmışdır.

   Respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi incəsənət məktəblərində bu fənnin tədris səviyyəsinin yüksəldilməsi, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə hər il uşaq xor kollektivlərinin respublika müsabiqələri baxışları keçirilir. Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbində bu sahəyə xüsusi diqqət yetirilir. 2009-cu ildə Şirvan şəhərində keçirilən uşaq xor kollektivlərinin VI respublika müsabiqəsində məktəbin xor kollektivi fəxri fərmanla təltif edilmişdir. Bir il sonra Mədəniyyət Turizm Nazirliyinin Kürdəmir şəhərində keçirdiyi belə bir müsabiqədə məktəbin xanəndəlik ixtisası üzrə şagirdi Allahqulu Ağayev uğurla çıxış edərək diplom qiymətli hədiyyə ilə təltif edilmişdir.

   Musiqi məktəbininSədaansamblının fəaliyyəti barədə ayrıca söhbət açmağa dəyər. 1998-ci ildə yaradılan ansambl rayondakı qaçqın düşərgələrində, ümumtəhsil məktəblərində, Beyləqan rayonundakı N saylı hərbi hissələrdə, hərbi hospitalda, müharibə veteranları, geniş ictimaiyyət qarşısında müxtəlif maraqlı konsert proqramları ilə çıxışlar edir, rayonun bütün ədəbi-bədii tədbirlərində rəngarəng konsert proqramları ilə tamaşaçıların rəğbətini qazanırlar. Məhz belə səmərəli fəaliyyətinə görəSədaansamblı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanına layiq görülüb.

   Məktəbdə mütəmadi olaraq milli mədəniyyət incəsənətimizin görkəmli simalarının həyat yaradıcılığına dair tədbirlər keçirilir. Ötən il tədris ocağında Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq musiqişünas alim, SSRİ Xalq artisti, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, ölməz sənətkarlarımız Fikrət Əmirov Şövkət Ələkbərovanın 90 illik yubileyləri qeyd edilmişdir.

   Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbinin kollektivi daha böyük nailiyyətlər qazanmaq üçün öz işini günün tələbləri səviyyəsində qurur, Azərbaycan mədəniyyətinin, milli musiqimizin qorunub saxlanılması gələcək nəsillərə çatdırılması üçün bütün imkanlardan bacarıqla istifadə edir.

  

   Əliqismət Bədəlov

 

   Mədəniyyət.- 2013.- 20 fevral.- S. 12.