Bu əsərin heç
bir bədii dəyəri yoxdur
Tofiq Məlikli: “Əkrəm Əylislini Orxan Pamuk və ya Boris Pasternakla müqayisə etmək yersizdir”
Rusiya
paytaxtının Millətlər evində Azərbaycan
Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin 10 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bölmənin sədri, professor Tofiq Məlikli yığıncağı açaraq ötən 10 ildə görülən işlərdən danışıb, Səməd Vurğun, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Məmməd Araz və digər görkəmli Azərbaycan şair və yazıçılarının yubileylərinə həsr olunmuş tədbirlər və yaradıcılıq gecələri keçirildiyini nəzərə çatdırıb: “Bizim məqsədimiz Rusiyada yaşayan Azərbaycan yazıçılarını və şairlərini birləşdirməkdir. Azərbaycan mədəniyyətinin təbliği bizim fəaliyyətimizin başlıca istiqamətidir”.
Tofiq Məlikli Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı məsələyə toxunaraq bildirib ki, söz azadlığına əsaslanaraq öz xalqını təhqir etmək tamamilə yolverilməzdir: “Əks halda belə bir sual yaranır: yazıçı hansı səbəbdən tarixi faktları təhrif edir?
“Daş yuxular”ın heç bir bədii dəyəri yoxdur və müəllifi Orxan Pamuk və ya Boris Pasternakla müqayisə etmək yersizdir”.
AYB Moskva bölməsinin katibi, tanınmış şair Nəsib Naiboğlu təşkilatın dəstəyi ilə işıq üzü görmüş kitablardan danışıb, tanınmış şairə Alla Axundovanın Riqada nəşr olunmuş kitabını təqdim edib. Nəşrdə Xalq şairi Fikrət Qocanın “Cənnətdən qovulmuşlar” poemasının rus dilində tərcüməsi yer alıb. Şairə Afaq Şıxlı erməni əsirliyindən qaçaraq Moskvada sığınacaq tapmış azərbaycanlı qadının acı taleyindən söz açan “Əsir qadın” əsərini təqdim edib.
Sonda
Ümumrusiya Azərbaycan Konqresinin
üzvü Manaf Ağayev qurumun rəyasət
heyətinin təbrik məktubunu oxuyub. Məktubda
AYB Moskva bölməsinin Rusiyada
yaşayan azərbaycanlı
yaradıcı ziyalıları ətrafında birləşdirməkdə
mühüm rolu qeyd olunub.
Mədəniyyət.- 2013.- 20
fevral.- S. 6.