“Azərbaycan ailəsi”
Növbəti
film festivalına start verildi
Fevralın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində
(AQUPDK) “Azərbaycan ailəsi”
beşinci film festivalının
açılış mərasimi
keçirilib. Festival Heydər Əliyev Fondu, Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə layihəsidir.
AQUPDK sədrinin
müavini Aynur Sofiyeva 2009-cu ildə əsası qoyulan festivalın geniş maraq doğurduğunu, ötən dövrdə ümumilikdə festivala
108 film təqdim edildiyini
deyib. Müsabiqənin məqsədi ailənin
cəmiyyətdəki yerinə,
ailə dəyərlərinə
ictimaiyyətin diqqətini
artırmaq, cəmiyyətdə
ailə məsələləri
ilə bağlı mövcud problemlərin önə çəkilməsi,
ölkədə maarifləndirmə
işlərinin aparılması
üçün videomateriallardan
ibarət fondun zənginləşdirilməsidir.
Dövlət Film Fondunun sədri,
Əməkdar incəsənət
xadimi Cəmil Quliyev festivalın böyük nüfuza malik olduğunu və artıq beynəlxalq tədbirə
çevrildiyini qeyd edib.
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının sədri,
Xalq artisti Şəfiqə Məmmədova
qeyd edib ki, təqdim olunan filmlərin mövzusu müsabiqənin
ideya və məqsədinə uyğun
olmaqla yanaşı, ailənin qorunmasını,
milli-mənəvi dəyərləri,
Azərbaycana məxsus
möhkəm ailə dayaqlarını tərənnüm
etməlidir. O, müsabiqədə
yaş məhdudiyyəti
qoyulmadığını, festivalın ideyasını
və məqsədini
dəstəkləyən həvəskar
və peşəkar rejissorlar, həmçinin
tələbələrin iştirak
edə biləcəklərini
nəzərə çatdırıb.
Xalq artisti kino sənətini
əks etdirən belə layihələrə
həmişə dəstək
verəcəklərini vurğulayıb.
Festival “Ən yaxşı film”
(son iki ildə çəkilən bədii,
qısametrajlı və
sənədli filmlər),
“Ən yaxşı televiziya proqramı” (televiziya məkanında ailə mövzusunu geniş işıqlandıran
silsilə verilişlər),
“Ən yaxşı sosial çarx” (son iki ildə çəkilən,
ailə dəyərlərini,
eləcə də ailədə baş verən problemləri əks etdirən), “Ən yaxşı xarici film” nominasiyaları üzrə keçirilir.
İşlər doldurulmuş anketlə
birlikdə DVD formatında,
yazılışı və
səsləndirilməsi dəqiq
olmaq şərti ilə aprelin 22-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə
- toffice@scfwca.gov.az. elektron
ünvanına təqdim
edilməlidir.
Təqdim olunan işləri
Xalq artisti Şəfiqə Məmmədovanın
sədrliyi ilə ictimaiyyətin tanınmış
nümayəndələrindən ibarət münsiflər heyəti seçəcək.
“Azərbaycan ailəsi” film festivalına
may ayında yekun vurulacaq, qaliblər diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılacaqlar.
Mədəniyyət.- 2013.- 20
fevral.- S. 5.