Xaçmaz, ZaqatalaGöygöl

 

   2013-cü ilinXalq yaradıcılığı paytaxtları” təqdim olundu

 

   Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçünXalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən növbəti “paytaxt” şəhərlər elan edildi. Xaçmaz şəhəri 2013-cü ildə "Azərbaycanın Əfsanələr Paytaxtı", Zaqatala "Folklor Paytaxtı", Göygöl şəhəri isə "Sənətkarlıq Paytaxtı" seçilib.

   Fevralın 19-da Muzey Mərkəzində bununla bağlı təqdimat mərasimi keçirildi. Mərasimdən öncə Bülbül adına orta ixtisasAğdam şəhər C.Qaryağdıoğlu adına 1 nömrəli uşaq musiqi məktəbləri şagirdlərinin ifasında musiqi nömrələri səsləndirildi.

 

Mədəniyyət sahəsində uğurlar öz kökləri ilə xalq yaradıcılığına söykənir

 

Tədbirdə əvvəlcə nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət BabayevXalq Yaradıcılığı Paytaxtları” Proqramının məqsəd və vəzifələrindən danışdı. O, layihənin kifayət qədər uğurlu alındığını, proqramla bağlı regionlarda respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini vurğuladı.

Mərasimdə geniş nitq söyləyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimiz tərəfindən xalq yaradıcılığının inkişafına böyük önəm verildiyini bildirdi: “Nazirliyin fəaliyyətində bu istiqamət olduqca mühüm yer tutur. Biz xalq yaradıcılığının inkişafına xüsusi önəm veririkbu, təbiidir. Çünki bizim mədəniyyət cəbhəsində əldə etdiyimiz uğurlar, sözsüz ki, öz kökləri ilə xalq yaradıcılığına söykənir. Yalnız bu ənənələrə, bu imkanlara istinad edərək yeni formalaşmış mədəniyyət haqqında danışa və onu təbliğ edə bilərik”.

Nazir qeyd etdi ki, son illər ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər - Dünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəni irslə bağlı konfranslar, Azərbaycanda və xaricdə keçirilən təqdimatlar mədəniyyətimizin sərhədləri aşaraq bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsinə imkan verib. Azərbaycan xalqının qədim tarixi irsini, zəngin adət-ənənələrini, mənsub olduğu dəyərləri qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq hər zaman diqqət mərkəzindədir. Bu sahədə ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən işlərin xüsusi əhəmiyyəti qeyd olunmalıdır. Bu fəaliyyət nəticəsində Azərbaycan xalq yaradıcılığının mühüm qollarını təşkil edən aşıq sənəti (2009), milli xalçaçılıq sənəti (2010), tar ifaçılıq sənəti (2012) UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan muğamı, xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı UNESCO-nun siyahısında yer alıb: “Beynəlxalq səviyyədə münasibətlər düzgün qurulmasaydı, bu gün mədəniyyət incilərimiz bəşəriyyətin xəzinəsində özünə yer tapmayacaqdı. Bu, böyük bir işdir. Artıq o siyahılarda əks olunmuş xalq yaradıcılığı nümunələrinin bəşəriyyət tərəfindən tanınmasına bir möhür vurulub. Bu möhür millətin yaradıcılığını, qabiliyyətini və fitri istedadını əks etdirir. Bütün bunlar göstərir ki, biz doğru yoldayıq”.

 

Qeyri-maddi mədəni irsin qorunması və təbliği diqqət mərkəzindədir

 

Nazir çıxışında Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlardan da danışdı. Onun sözlərinə görə, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübəsi nəzərə alınmaqla nazirlik tərəfindən bu istiqamətdə islahatlara start verilib. Sahənin mədəni siyasətinin təminat mexanizmlərinin monitorinqi aparılıb. Bunun əsasında “Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub. “Bakı şəhərinin Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ-tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi” və “Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı” pilot layihələri həyata keçirilib. Bu sahədə aparılan islahatların davamı olaraq milli mənəviyyat və mədəniyyətin inkişaf özəyini təşkil edən diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri” tərtib edilib. Azərbaycan MDB ölkələri arasında ilk ölkədir ki, belə bir reyestr hazırlayıb.

Nazir onu da qeyd etdi ki, xalqımızın qeyri-maddi mədəni irsinin sistemli şəkildə inkişafı və təbliğini təşkil etmək məqsədilə “Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankı” hazırlanır. Burada xalq kollektivləri, ifaçılar, xalq dekorativ-tətbiqi və təsviri sənəti ilə məşğul olan sənətkarlar barədə məlumatlar əksini tapacaq.

 

Layihənin icrası bölgələrdə turizmin inkişafına töhfədir

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçünXalq Yaradıcılığı Paytaxtları" Proqramının özündə böyük bir potensialı ehtiva etdiyini deyən Əbülfəs Qarayev layihənin Azərbaycanda turizmin inkişafına təkan verdiyini vurğuladı: “Ötən il turistlərin sayında 11-12% artım müşahidə etdik. Azərbaycana gələn turistlərin sayı 2,5 milyon nəfərdir. Onların qarşısında biz xalq yaradıcılığını, zəngin mədəniyyətimizi layiqincə təqdim etməliyik. İnsanlar UNESCO səviyyəsində qəbul edilən irs nümunələrinin mənsub olduğu ölkələrə getməyə maraq göstərirlər. Bu istiqamətdə “Muğam-tur”, “Aşıq-tur”, “Xalça-tur” və “Novruz-tur” beynəlxalq mədəni turizm marşrutlarının təşkil edilməsi və digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür”.

 

Bölgələrdə xalq yaradıcılığına yeni münasibət formalaşıb

 

Nazir çıxışında bildirdi ki, bu il üçünpaytaxt” şəhərlər seçilən Xaçmaz, Zaqatala və Göygöldə il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulur: “Bu proqramın Azərbaycan mədəniyyətinin inkişafı üçün vacib və əlamətdar olduğunu bir daha bildirmək istəyirəm. Bir neçə il öncə başlanılan layihə uğurla icra olunuryeni layihə və təşəbbüslərə zəmin yaradır. Mədəniyyət və Turizm Nazirliyi çalışır ki, regionlarda xalq yaradıcılığına köklənən əfsanələrə, folklora, el sənətkarlığına münasibəti gücləndirək və təşkilati baxımdan yeni mərhələyə gətirək. Hər bir nominasiya üzrə “paytaxtlar seçilərkən təqdim edilən regionun daxili imkanları, təşəbbüskarlığı və potensialı təhlil olunur, hər kəndin, qəsəbənin xalq yaradıcılığı imkanları nəzərdən keçirilir. Sevinirəm ki, bu proqram çərçivəsində neçə-neçə uğurlu layihələr icra olunub. Bəzi beynəlxalq layihələrin davam edəcəyi gözlənilir. Bu layihə regionların özünəməxsusluğunu geniş ictimaiyyətə təqdim etməyə imkan verir. Layihə imkan verir ki, yeni ənənələr, istiqamətlər, təşəbbüslər formalaşsın. Məqsədimiz odur ki, ölkəmizin milli dəyərlərini qoruyub saxlayaq, onların qloballaşma şəraitində özünəməxsusluğunu dərk edərək müasir formada dünyaya təqdim edək”.

 

* * *

Sonra nazirliyin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Vüqar Məmmədov "2010-2014-cü illər üçünXalq Yaradıcılığı Paytaxtları" Proqramının gedişatı və ötən ilpaytaxtseçilmiş şəhərlərdə görülən işlər barədə məlumat verdi.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Yetkin Mehmanov, Göygöl Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Kəmalə İbrahimova, Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva bu bölgələrdə mədəniyyət sahəsində həyata keçirilən islahatlardan danışdılar, “Xalq Yaradıcılığı Paytaxtları" Proqramının regionların inkişafına, mədəni həyatının daha da dirçəlməsinə xidmət etdiyini bildirdilər.

 

* * *

Mərasimdə 2012-ci il üçünxalq yaradıcılığı paytaxtları” seçilmiş Gədəbəy, Masallı, Quba rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri Fazilə Məmmədova, Lətifə MövsümovaElxan Məhərrəmova nəzərdə tutulmuş tədbirlər planının icrasında məqsədyönlü fəaliyyətlərinə görə nazirliyin fəxri fərmanı təqdim edildi.

Sonda Xaçmaz, ZaqatalaGöygöl rayonlarının İcra Hakimiyyəti başçılarının müavinlərinə, mədəniyyət və turizm şöbələrinin müdirlərinə bu bölgələrin 2013-cü ildə “xalq yaradıcılığı paytaxtları” elan olunmaları münasibətilə nazirliyin fəxri diplomu və xatirə kubokları təqdim olundu.

 

 

Ceyhun Zərbəliyev

 

Mədəniyyət.- 2013.- 20 fevral.- S. 3.