Şair İsgəndər
Etibarın 75 illiyi qeyd olundu
Fevralın 21-də
Azərbaycan Yazıçılar
Birliyinin “Natəvan” klubunda tanınmış şair İsgəndər
Etibarın anadan olmasının 75 illiyinə
həsr edilmiş tədbir keçirildi. Tədbirin təşkilatçısı
Sona Xəyal şairin həyat və yaradıcılığı
haqqında məlumat verdikdən sonra qiraət ustası Əli Nur öz
ifası ilə tədbirə qatılanları
salamladı. Yubiley gecəsində şairin “Sınmayan güzgü” adlı satirik şeirlərindən ibarət
kitabının II cildi
də oxuculara təqdim edildi. Şair həyat və sənət yolundan söz açdı: “Elə də böyük tərcümeyi-halım yoxdur.
1937-ci ilin soyuq fevral günündə doğulmuşam və ölümün qoynuna qaçış marafonuna
çıxmışam. Atam
həyata dərindən
müdaxilə edən,
görüb-götürən kişi idi. Məndə ilham toxumunu cücərdən ondan uşaq yaşlarımda eşitdiyim
hikmətli sözlər
olub. Təqdim olunan kitabın I cildi bir neçə
ay əvvəl oxucuların
ixtiyarına verilmişdi,
bu gün isə nəşrin II cildini, 75 illik yubileyim ərəfəsində
dostlarıma təqdim
etmək fikrindəyəm”.
Tədbirdə
iştirak edənlər
qeyd etdilər ki, İsgəndər Etibar klassik Azərbaycan eləcə də Şərq ədəbiyyatının gözəl
bilicisidir. Onun yazdıqları ilə tanış olan zaman M.Ə.Sabir, R.Əhmədzadə, B.Pünhan
kimi şairlərimiz yada düşür.
Tədbirdə
şairin yaxın qələm dostları və ailə üzvləri iştirak edirdilər.
Lalə
Azəri
Mədəniyyət.-
2013.-22 fevral.- S. 11.