Qan yaddaşımız
Fevralın 22-də Ağsu rayon Mərkəzi
kitabxanasında “Xocalı-qan yaddaşımız” mövzusunda
dəyirmi masa keçirildi. Dəyirmi masada rayon
ziyalıları, Xocalı qaçqınları iştirak
edirdi.
Tədbiri MKS-nin direktoru Cəbrayıl
Bədəlov açaraq Xocalı soyqırımının
tariximizin ən acı, unudulmaz səhifələrindən biri
olduğunu, bu tarixin dünya durduqca xalqımızın qan
yaddaşında yaşayacağını vurğuladı.
Bico kənd orta məktəbinin
direktoru Yaşar Qarayev, Xocalı sakini Əmrah Məmmədov,
1 saylı məktəbin direktor müavini Sənan Nemətov,
bədii qiraət üzrə respublika müsabiqəsi
laureatı, fəal oxucu Salatın Səmədova, şəhər
1, 2 və 3 saylı məktəblərin şagirdləri dəyirmi
masada çıxış etdilər. Tədbirin sonunda
iştirakçılar Xocalı mövzusunda kitab sərgisinə
və kinofilmə baxdılar.
Dilbər
Əliyeva,
Ağsu rayon Mərkəzi
kitabxanasının
böyük kitabxanaçısı
Mədəniyyət.-
2013.- 27 fevral.- S. 12.