Aşıq musiqisinin tədrisində yeni nailiyyət

 

   Aşıq sənətimizin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi bu zəngin irsin tədqiqi və təbliği ilə yanaşı, tədrisini də aktuallaşdırmışdır. Digər tərəfdən, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında “Aşıq sənəti” fənninin tədris olunması bu sahəyə dair yeni dərs ədəbiyyatlarını müasir təhsilin zəruri tələbatına çevirmişdir. Uzun illərdir görkəmli musiqişünas alim Ə.Eldarovanın monoqra-fiyasından, Ə.Bədəlbəylinin, V.Belyayevin, B.Hüseynlinin maraqlı məlumatlarından, son illər isə N.Bağırov, K.Dadaşzadə, T.Quliyeva, İ.İmamverdiyev, İ.Köçərli və M.Əliyev kimi təcrübəli mütəxəssislərin aşıq sənətinə dair sanballı elmi işlərindən tədrisdə lazımınca istifadə olunmaqdadır.

  

   Bu ədəbiyyatlarla yanaşı, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına BMA-nın professoruMusiqi dünyası” jurnalının baş redaktoru, xalq musiqisinə, bəstəkar yaradıcılığına və ifaçılara həsr olunmuş internet saytlarının müəllifi Tariyel Məmmədovun aşıq musiqisi haqqında müasir tələblərə cavab verən dərs vəsaitlərinin əhəmiyyətini xüsusi qeyd etməliyik. Həm də ona görə ki, professor T.Məmmədovun aşıq musiqisinin tədqiqi və tədrisində böyük xidmətləri, zəngin təcrübəsi var. O, elmipedaqoji fəaliyyətini xalq-professional sənətinin araşdırılmasına, təhlilinə, tədrisinə həsr etmişdir. Bu çətin və şərəfli işdə əldə etdiyi nailiyyətlərdən biri də müxtəlif aşıq mühitlərinə və nəsillərinə məxsus ustad aşıqların ifasından ənənəvi havaları nota yazması, onların melostruktur, melopoetika, metr-ritm, lad-məqam, çoxsəslilik kimi özünəməxsus və mürəkkəb nəzəri xüsusiyyətlərini aşkar etməsidir. Görkəmli alim-pedaqoq bu dəyərli yaradıcılığı sayəsində nəzəri musiqişünaslığı, eləcə də musiqi aşıqşünaslığını qiymətli el-mi nəticələri ilə zənginləşdirmişdir. Onun qiymətli alim və müəllim əməyi incəsənət yönlü aliorta ixtisas məktəblərində aşıq sənətinin tarixi və nəzəri aspektlərdən tədrisinə müasir dərs vəsaitləri bəxş etmişdir.

   Azərbaycan ənənəvi aşıq havaları” (1989, rus dilində), “Azərbaycan xalq-professional musiqisi. Aşıq sənəti” (2002), “Azərbaycan klassik aşıq havaları” (2009), “Koroğlu aşıq havaları” (2010) dərs vəsaitləri ali musiqi təhsili verən tədris müəssisələrində müəllim tələbələr tərəfindən geniş istifadə edilməkdədir. Bu dərs vəsaitlərinin daha bir əhəmiyyəti elektron resurslarla təmin olunmalarıdır. Saz aləti haqqında da müfəssəl bilgi verən bu ədəbiyyatlardan məlum olur ki, aşıq musiqisinin bir çox özəllikləri məhz alətin pərdə, kök sistemindən, quruluş tembrindən irəli gəlir. Havaların sazda ifası zamanı yaranan məqam harmoniyası, şaquli üfüqi səs birləşmələri, havaların kadans (ayaq) qanunauyğunluğu, melodiya formaya pərdə sisteminin təsiri kimi mürəkkəb nəzəri xüsusiyyətlərin təhlili sazın aşıq musiqisindəki aparıcı rolunu sübut edir. T.Məmmədov aşıq musiqisinin notlaşdırılmasına tamamilə yeni nəzəri praktik yanaşma gətirmişdir. Bu baxımdan tələbələrin aşıq musiqi irisinin nota yazılması istiqamətində nəzəri bilik praktik təcrübə əldə etmələrində onun dərs vəsaitləri əhəmiyyətli rol oynayırlar.

   Professor Tariyel Məmmədov aşıq musiqisi haqqındaAzərbaycan aşıq yaradıcılığı” (“Apostrof”, 2011, 648 s.) adlı ilk fundamental dərsliyin müəllifidir. Müəllifin çoxillik pedaqoji təcrübəsinə, zəngin mütəxəssis biliyinə əsaslanan dərslik müasir tədris proqramlarına tam cavab verməklə yanaşı, keçilən fənnin keyfiyyətli mənimsənilməsi, fənn üzrə əhatəli məlumat baza biliyi verilməsi məqsədini daşıyır. Dərsliyin elmi redaktoru AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru C.Həsənovadır. Rəy verənlər Xalq artisti, sənətşünaslıq doktoru, professor R.Zöhrabov, sənətşünaslıq doktoru, professor G.Mahmudova, professor V.Əbdülqasımov sənətşünaslıq üzrə fəlsəfə doktoru E.Hüseynovadır.

   Nəşrin yeni cəhətləri ilə tanış olaq: aşıq yaradıcılığı haqqında ilk dərslikdir; dərsliyə fənnin məzmununu əhatə edən testlər daxildir əyani vəsait kimi not yazıları, fotolar, arxiv materialları əlavə olunmuşdur; kitaba əlavə olunan iki diskdə 81 aşıq havasının notları 60 aşıq havasının ifası toplanılmışdır; dərslik müasir multimedia səciyyəsi daşıyır.

   Ustadların 60 ənənəvi hava ifasının 81 havanın not yazısının 2 ədəd CD formatda dərsliyə əlavə edilməsiAşıq sənətifənninin əhatəli, tam şəkildə öyrədilməsi, musiqi materialının mənimsənilməsi, aşıq havalarının mükəmməl qavranılması yadda saxlanılması, onların eşitmə ilə təyin oluna bilməsi, tələbələrdə təhlil təcrübəsinin formalaşması üçün olduqca qiymətli əyani-praktik vəsaitlər tədris materiallarıdır.

   Aşıq yaradıcılığına dair əhatəli bilik verən dərslik 33 əsas mühazirədən, 9 əlavə bölmədən ibarətdir.Aşıq yaradıcılığının xalq-professional musiqi sənəti kimi şərhi”, “Şifahi ənənəli sənətdəxalq yaradıcılığı “professional yaradıcılıqbölgü sistemi”, “Aşıq muğam sənətinin qarşılıqlı əlaqəsi”, “Şifahi ənənəli musiqinin yazıya alınması metodikası”, “Aşıq yaradıcılığına dair tarixi məlumat”, “Aşıq yaradıcılığında təbəqələşmə”, “Aşıq sənətində terminlər sistemi”, “Aşıq poeziyasında metrik sistemlər”, “Aşıqların musiqi aləti - saz”, “Dastan yaradıcılığı”, “Ko-roğlu instrumental havaları”, “Epik havaların ifaçılıq xüsusiyyətləri”, “Məhəbbət dastanları”, “Aşıq sənətinin bəstəkar yaradıcılığında təcəssümü digər mühazirələrlə yanaşı, dərsliyə aşıq havalarının məqam əsası, melodikası, metr-ritm xüsusiyyətləri, havanın şeirin vəzn əlaqəsi, aşıq yaradıcılığı ilə bağlı tədqiqatlar haq-qında mühazirələr daxil edilmişdir. Köməkçi materiallar rolunu oynayan əlavə bölmələrKoroğluaşıq havalarının not yazıları irsindən, ustad aşıqların şəkillərindən, klassik aşıq havalarından, “Koroğlutürk aşıq havalarından, Ə.El-darovanınAzərbaycan aşıqlarının musiqi-poetik terminoloji lüğəti”ndən s. ibarətdir.

   Dərsliyin bir qiymətli cəhəti bəstəkar musiqişünaslarımızın aşıq musiqisinin notlaşdırılması, nəşr olunması, araşdırılması sahəsindəki fəaliyyətlərinə dair də-yərli məlumatlar verməsidir. Aşıq havalarının cədvəli”ndə isə hər bir aşıq havasının adı, ad variantları, ilk yaradıcısı, ifaçısı, hansı bölgələrdə yayılması, kökü, pərdəsi məqamı haqqında yığcam məlumat öz əksini tapmışdır.

   Dərslik zəngin biblioqrafiya, notoqrafiya, diskoqrafiya saytoqrafiya ilə təmin olunmuşdur.

  

 

   Ariz Abduləliyev,

   Ü.Hacıbəyli adına BMA-nın

   dosenti, musiqişünas

 

   Mədəniyyət.- 2013.- 27 fevral.- S. 11.