Bir akt, min bir fakt

 

   Yenə... bir ... bir daha... təzədən Xocalı...

  

   İyirmi bir il öncə vandal bir xalqın törətdiyi bu akt da - bütün təfsilatı ilə - hamıya bəlli, sentimental dünyanın bu gözgörəti soyqırımına siyasi-hüquqi laqeydliyilə bağlı min bir fakt da. Elə buna görə , “613” (ölüm), “1275” (əsir), “150” (itkin), “25”-“130” (valideynlərinin hər ikisini birini itirən uşaqlar), “5000000000 rubl” (dövlət əhaliyə dəymiş ziyan) 21 ildir foto, kino, telelentlərdə gördüyümüz, qəzet-kitablardan oxuduğumuz digər faktları trillyardıncı kərə sadalamaqdansa, keçək həmin vaxta aktadək 7000 əhalisi olmuş o şəhər haqda 777 sözlü elegiyamıza:

  

   Faciəmizə sözardı

  

   Hələ hərb istisi soyumamış, qəlb tüstüsü kəsilməmiş Faciəmizə...

   Dünən 21-ci “il”ini verdiyimiz Faciəmizə...

   Birdəli şeytanməni aldadır ki, həmin illər 7777 gün eləyir. Oralıların çəkdiklərinin yanında 7777 gün nədir ki?! Xocalı nağılları danışan dillərimiz həmin Gecə Xoca kişinin Ağca balasına: “Elə indidən məni bağışla, qızım, murdarların əlinə keçməməyin üçün, lazım gəlsə, səni öldürməli olacağamdeyən diliylə müqayisədə nəyə layiq?

   Təkrar biliyin anası”dır (yəqin, laqeydliyin atasıdır): 7777 gün...

   Günlərin sayındakı yanlışa görə, “dəqiq-dürüstdünya təşkilatlarından üzristəyək onların diqqətinə çatdıraq ki, bizlərdə bunayanlış da bir naxışdırdeyirlər. Yəni bu rəqəmdə belə yanılmasaydıq, abidə-heykəlini yenicə qoyduğumuz Koroğlumuzun dəlilərini xatırlamazdıq...

   Qədim xalq ordumuzunşəxsi heyət” say-sanbalına edilən bu işarə belə bir müasir məsələni aksentləyir ki, hazırda dünyanın ən şirin nemətlərilə qidalanan əlaqədar Amerika-Avropa dualizmi bir az da istiot dadmalı olsun. Planetimizin ən yaxşı maddiyyatlarını idxallayıb, öz əxlaqiyyətlərini ixracatlamaqla hələ bizi o qədər ağıllı”laşdıra bilmədiklərinin fərqinə varsınlar. Bilsinlər ki, açıq-saçıqlıq eksportları, mənəviyyat sortları, neo-kovboy jestlərilə başımızı hərləndirməyə nail olsalar da, məxfi testlərilə qanımızı soyuda bilməyiblər. İndi bizim can sayımız on milyon 7777-yə yaxınlaşır bunun az qala yeddidən yetmişə hamısıdəli”yə çevrilməyə hazırdır. Çoxdandır ayaqda olan bu yeddi milyon bir rəhbər göstərişi - Ali Baş Komandan əmri ilə Oraya doğru yürüyə bilər. Öz doğma, halal Vətən kəsiyini kəsəyənlərdən azad etməyə doğru! Şəhid şəhərinin ruhuna lap yaxından da salavat çevirməyə doğru! Avro-Amerika paraqraf-parametrlərindəmüqəddərat-müdafiəstatuslu vandalların dağıtdığı milli dini mədəniyyət avtoqraflarımıza baxıb, ümummilli bir köks ötürüb, təbii konservatoriya Şuşasındanamərdəm, əgər bir sənə aldansam!” xoru oxumağa doğru. Yerlə-yeksan edilmiş sələf-tələf məzarstanlarımızda öz ölülərinin qəbirlərini tapa bilmədiklərindən... sonuncu (!) kərə zülüm-zülüm ağlamağa doğru. bütün gələcək boyu bir daha yaltaq-yalıncığa, “ayağıma yer eylərəm, gör sənə neylərəm!” xislətilə ahu-zar edənlərə əl tutmayıb, “zalıma zülm!” andı içməyə doğru!..

  

   Əməldən əvvəl“namə

  

   Bağışla bizi, Şəhidtəhər şəhərim! Qoynunda qədər anan, atan, bacın, qardaşın, yeniyetmən, körpən var, hamısının dilindən - onların milyonlarla misli olan bizləri bağışla. O qətl-qətliam Gecəndən əvvəlki günlər səsinə səs vermədiyimizə görə bağışla. Sən hamımızın əvəzindən öldürüldüyünə görə belə deyirəm mən. Ümumağızdan danışıram. Amma işə bax ki, Sən o qədər müsibətləri təkbaşına çəkdiyin halda, mən hamının adından üzr istəməyə çətinlik çəkirəm. Nədən? Heç, deyirəm, birdən bir vaxtlar - yaralarının qan verdiyi macallarda - yaşamaq üçün yardım istəyən Qarabağ əlillərinəSəni mən göndərmişdim?!” deyə nərə çəkən bəzi kabinet koroğluları mənə irad tutarlar ki, “niyə məni bağışlasəviyyəsinə endirirsən?!”

   Bağışla məni, rəhmətlik Şəhərim! Həmin Gecə Sənin harayını səndən uzaqda dayanıb dinləyən qulaqlarımı bağışla. Sonrakı günlər Səni ekranlardan sakitcə seyr edən gözlərimi bağışla. Düz bir ay heç yaza bilməyən qələmimi, sonralarBir çox xristianlar Fəxri xiyabanda yönü qibləyə dəfn ediliblər, Cəlil Məmmədquluzadə isə yönü fələyə. Bəs görəsən, müsəlman xocalılar yönü nəyə?!.mövzulu verilişimi efirə verdirə bilməyən fərasətsizlik-cəsarətsizliyimi bağışla...

   Ay Şəhidşəhərim hey, deyirəm, yolda-rizdə qırılanlarının bir parasını görüb, bir göynək ağrımış, bir köynək uzaq olsa da, acımışıq. Bəs bizim görmədiyimiz meyitlərdən, didərginlərdən xəbər? Alçaldıla-alçaldıla gəncləşməkdə, qocalmaqda olan girov-əsir mübtədalardan zərf?!.

  

   Meyiti ortada qalanım...

  

   Hər kəsin başı öz ölüsünə qarışdığından, həmin Gecənin səhərisi başın üstdə dayanıb Səni bir ağlayan da olmadı, dam-daş Şəhidim!

   Ağlamaq nəmənə, - 21 ildir yerdən götürənin yox...

   Bir məsəl var; “Lələ köçüb, yurdu qalıb”. Sənsə o qətliam-Gecədən oyanıb gördün yurd da qalmayıb, eləmi? var yanıb, can-cəsədin şum edilib, həmi? Cavan-cavan meyitlər xalçalanıb küçələrdə - al-qan çeşnilər kimi. Alınlarda donmuş qəzəb-qırışlarsa çarəsizlik ilmələri. Lap əkiz qardaşımız Türkiyənin Çanaqqala savaşındakı sayaq. Lakin həmin gün bir Atatürk çıxdı ki yağını darmadağın edib, o cənazələr xiyabanını fikir-düşüncələr yükü ilə seyr edə, böyürdən bir qarı gəlin cütlüyü peyda oldu ki: “Bu qədər oğulları qırdırandan sonra bu Vətən kimə gərək, Mustafa Kamal?!” deyə. O isə bu sualı ya özü cavablandıra, ya da elə yer adlarını dəyişmək şərtilə, Atatürkün dediyini deyə: “Anneciyim, bu oğulları sən yanındakı cavan gəlin yenə doğacaqsız. Bəs anamız Vətən məhv olsa, onu yenidən kim doğacaq?!”

   Belə, Şəhidşəhərim! Yazımın məğzisözardıolsa da, bir xeyli sözönü məsələlərinə toxunmalı oldum. Burada elegiya elementləri oldu, buyadsözün özgür-etimolojisi olan ölegiyalıq nüanslar da. Nədən ki, bu gün Sənin növbəti hüzn gününün sabahısıdır.Yeddi”nə az qalıb, “qırx”ında isə, hər il olduğu kimi, başımız qırxbir problemə qarışacaq bir onda ayılacağıq ki, bay, bu milli mərhumumuzun növbətiili”dir...

   Şəhid Şəhrim hey! Deyirəm, bəlkə, 21 ildir hüzn çadırlarında verdiyimizil”lər daha bəsdir?! Dahaxatirə-il”lər yetməzmi?! Sənin ölüm ilində doğulmuş Azərbaycan oğullarının əsgərlik, ərən-ərgənlik yaşı çatıb, axı! Baş Dədəmizin öz kitabında züriyyətsizlik rəmzi kimi görk etdiyi qara çadırlardan qalxıb, səma-çadır altında toplanıb, Səni yenidən inşaya başlamaq vaxtı deyilmi, Şəhid-Şəhrim?!

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2013.- 27 fevral.- S. 5.