Azərbaycanlı ifaçı
beynəlxalq festivalda uğur qazanıb
Litvanın Neringa
şəhərində incəsənət sahələri
üzrə “Baltic voice” (“Baltik səsləri”) beynəlxalq
musiqi festivalı başa çatıb. Festivalda iştirak
edən gənc azərbaycanlı müğənni Səid
İsmayılzadə solo ifasına görə ikinci yerə
layiq görülüb.
Bakı Musiqi Akademiyasının
müəllimi, yarışmanın Azərbaycandan olan
münsifi Dmitri Babayev bildirib ki, S.İsmayılzadə
festivalda iki kompozisiya (milli və xarici) ifa edib.
Litva, Latviya, Estoniya,
Azərbaycan və Belarusun məşhur universitetlərindən
professorların, mədəniyyət xadimlərinin daxil
olduqları münsiflər heyəti festivalda həmyerlimizin
çıxışını yüksək qiymətləndirib.
S.İsmayılzadə Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasında təhsil alıb. Hazırda
AzTV-nin simfonik orkestrində skripka ifaçısıdır.
Mədəniyyət.-
2013.- 3 iyul.- S. 2.