Müs­lüm Ma­qo­ma­ye­vin xa­ti­rə­si əbə­di­ləş­di­ri­lib

 

Ru­si­ya­nın Tver vi­la­yə­ti­nin Vış­niy Vo­lo­çek şə­hə­rin­də SSRİ-nin və Azər­bay­ca­nın Xalq ar­tis­ti, dün­ya şöh­rət­li mü­ğən­ni Müs­lüm Ma­qo­ma­ye­vin (1942-2008) xa­ti­rə­si əbə­di­ləş­di­ri­lib. Xa­ti­rə löv­hə­si şə­hər­də­ki in­cə­sə­nət mək­tə­bin­də açı­lıb.

A­çı­lış mə­ra­si­min­də bil­di­ri­lib ki, Müs­lüm Ma­qo­ma­ye­vin uşaq­lıq xa­ti­rə­lə­rin­də Vış­niy Vo­lo­çek­lə bağ­lı sə­hi­fə də var. Bəs­tə­ka­rın ana­sı Vış­niy Vo­lo­çek şə­hə­rin­də­ki dram teat­rın­da çı­xış et­mək üçün 1949-cu il­də bu­ra­ya gə­lib və Müs­lüm bu­ra­da bir müd­dət for­te­pia­no sin­fin­də oxu­yub. Son­ra o, Ba­kı­ya qa­yı­da­raq Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın nəz­din­də mu­si­qi mək­tə­bin­də təh­sil alıb. Bəs­tə­kar bu ba­rə­də özü­nün “Me­lo­di­ya-sev­gim mə­nim” ki­ta­bın­da da mə­lu­mat ve­rib.

 

Mədəniyyət.- 2013.- 3 iyul.- S. 4.