“Paytaxtdan bölgələrə”
Növbəti səyyar sərgi
İsmayıllıda keçirilib
“Baku Creative Center”
yaradıcılıq mərkəzinin Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi və “Nar mobile”nin
baş sponsorluğu ilə həyata keçirdiyi “Azərbaycan
İncəsənət Festivalı” regionlarda səyyar
sərgilərlə davam edir. Mədəniyyət və Turizm
Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsinin
növbəti mərhələsi olaraq gerçəkləşən
“Azərbaycan İncəsənət Festivalı” qalereyaya
malik şəhər və rayonların ərazisini
əhatə edir və hər regionda iki gün müddətində
keçirilir.
İncəsənət
festivalı çərçivəsində növbəti,
səkkizinci səyyar sərgi İsmayıllı Rayon
Dövlət Rəsm Qalereyasında gerçəkləşib.
Mərkəzdən
bildiriblər ki, sərgidə, ümumilikdə
17 rəssamın 40-dək əsəri nümayiş
olunub. Sərgi çərçivəsində
incəsənətə marağı olanlar
üçün ustad
dərsləri təşkil edilib.
Layihənin əsas
məqsədi səyyar sərgilər və ustad dərsləri
sayəsində ölkənin digər şəhər
və rayonlarında sadə insanların incəsənətə
dair biliklərini və marağını artırmaq,
yaradıcı potensialı olan gəncləri
üzə çıxarmaq, onlara dəstək verməkdir.
Mədəniyyət.- 2013.- 3 iyul.- S. 4.