Gənc Tamaşaçılar Teatrı qastrola çıxıb
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı
bölgələrə qastrol
səfərinə yola
düşüb. Teatrdan verilən məlumata
görə, kollektiv
ənənəvi olaraq
yay məzuniyyətinə
çıxmazdan əvvəl
bölgələrdə yaşayan
tamaşaçıların görüşünə gedib.
Yaradıcı heyət M.F.Axundzadənin
“Hekayəti-xırs
quldurbasan” komediyası
ilə Şamaxı,
Ağsu, Kürdəmir,
Göyçay, Ağdaş,
Ucar, Zərdab, Ağcabədi, Saatlı,
Sabirabad və İmişli rayonlarına
səfərə çıxıb.
Tamaşa Şamaxı, Ağsu,
Kürdəmir və
Ucar rayonlarında nümayiş etdirilib. Əsas rolları
əməkdar artistlər
Nübar Novruzova, Gülər Nəbiyeva,
Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov,
aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edirlər.
Gənc Tamaşaçılar Teatrı özünün
85-ci teatr mövsümünə
iyulun 6-da Saatlı rayonunda yekun vuracaq. Qastrolun yekun
günündə sənətsevərlərlə
görüşdə teatrın
direktoru, Əməkdar
artist Mübariz Həmidov,
teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi
Bəhram Osmanov da iştirak edəcək.
Mədəniyyət.- 2013.- 3 iyul.- S. 4.