Gəncə səhnəsində “Cəhənnəm kirayənişinləri”
Gəncə Dövlət
Dram Teatrının kollektivi 118-ci mövsümü başa
vurub. Teatrın direktoru Əli Qasımovun
bildirdiyinə görə, iyunun 29-da kollektiv Xalq yazıçısı
Elçinin «Cəhənnəm kirayənişinləri»
əsəri ilə mövsümü yekunlaşdırıb.
Əsər Gümrah Ömərovun quruluşunda səhnələşdirilib.
Bu mövsümdə teatrın səhnəsində
İxtiyarın «Dan yeri
söküləndə», Ağalar İdrisoğlunun «Şah
İsmayıl Xətai» və Kəmalə Ağayevanın
«Məhsəti Gəncəvi» tamaşaları da oynanılıb. Kollektiv
Ukrayna və Türkiyəyə qastrol səfərləri edib.
Mədəniyyət.- 2013.- 3 iyul.- S. 6.