"Az Ci­ne­ma On­li­ne" bir in­ter­net ki­no­teat­rı­dır

 

Nə­ri­man Məm­mə­dov: “Məq­sə­di­miz Azər­bay­can mə­də­niy­yə­ti­ni ki­no­muz va­si­tə­silə təb­liğ et­mək­dir”

 

A­zər­bay­can ki­no­su­nun təb­li­ği­nə xid­mət edən "Az Ci­ne­ma On­li­ne" la­yi­hə­si ba­rə­də oxu­cu­la­rı­mı­za mə­lu­mat ver­miş­dik. “Nə­ri­man­film” ki­no şir­kə­ti­nin Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, “Pa­şa Bank”, Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı, Pro­dü­ser­lər Gil­di­ya­sı­nın dəs­tə­yi ilə hə­ya­ta ke­çir­di­yi la­yi­hə üz­rə ha­zır­la­nan www.az­ci­ne­maon­li­ne.­com say­tı mil­li ki­no­mu­zun hə­vəs­kar­la­rı üçün əsl hə­diy­yə­dir. Say­tın is­ti­fa­də­çi­lə­ri Azər­bay­can­da ötən əs­rin əv­vəl­lə­rin­dən in­di­yə­dək çə­ki­lən film­lər­lə ya­na­şı, ki­no dün­ya­sın­da, mə­də­ni hə­ya­tı­mız­da baş ve­rən ən son ye­ni­lik­lər­lə də ta­nış ol­maq im­ka­nı qa­za­nır­lar. Mü­sa­hi­bi­miz “Nə­ri­man­film” ki­no şir­kə­ti­nin baş di­rek­to­ru Nə­ri­man Məm­mə­dov­dur.

- “Az Ci­ne­ma On­li­ne" say­tı­nın ya­ra­dıl­ma­sı ide­ya­sı ne­cə ya­ran­dı və əsas məq­sə­di­niz nə­dir?

- Azər­bay­can ki­ne­ma­toq­ra­fi­ya­sın­da əsas çə­tin­lik­lər­dən bi­ri film­lə­rin ya­yım­lan­ma­sı mə­­­sə­lə­si­dir. Son il­lər­də çox ma­raq­lı film­lə­ri­miz - həm tam­met­raj­lı, həm də qı­sa­met­raj­lı ek­ran əsər­lə­ri is­teh­sal olu­nub. Am­ma ge­niş ta­ma­şa­çı küt­lə­si­nin bu film­lər­lə ta­nış ol­du­ğu­nu de­yə bil­mə­rik. Bu­nun­la ya­na­şı, Azər­bay­can ki­no­su­nun keç­miş­də is­teh­sal olun­muş bir çox nü­mu­nə­lə­ri­nə bu gün bö­yük ta­ma­şa­çı ma­ra­ğı var. Bu­na gö­rə də biz be­lə qə­ra­ra gəl­dik ki, bu prob­le­min həl­li­nə öz töh­fə­mi­zi ve­rək. İn­ter­net ki­no­teat­rı ya­rat­maq ide­ya­sı be­lə ya­ran­dı. Məq­sə­di­miz Azər­bay­can mə­də­niy­yə­ti­ni ki­no­muz va­si­tə­silə təb­liğ et­mək­dən iba­rət­dir. İn­ter­net ki­no­teat­ra Azər­bay­can film­lə­ri­nin bü­tün kol­lek­si­ya­sı da­xil edi­lib. Bu­ra­ya bə­dii, sə­nəd­li və ani­ma­si­ya film­lə­ri da­xil­dir. Bu, bir tə­rəf­dən Azər­bay­can film­lə­ri­nin öz ta­ma­şa­çı­la­rı­mı­za çat­dı­rıl­ma­sı­na, di­gər tə­rəf­dən isə re­jis­sor­la­rın iş­lə­ri­nin in­ter­net alə­min­də ya­yıl­ma­sı­na və bu sə­nət nü­mu­nə­lə­ri­nin həm öl­kə­miz­də, həm də dün­ya miq­ya­sın­da ta­nı­dıl­ma­sı­na xid­mət edir. Bu la­yi­hə sa­yə­sin­də öl­kə­miz­dən kə­nar­da ya­şa­yan həm­və­tən­lə­ri­miz də Azər­bay­can­da baş ve­rən ən son ki­no və mə­də­niy­yət ha­di­sə­lə­ri ilə ta­nış ola bi­lə­cək­lər.

Say­tın rəs­mi təq­di­ma­tı bu ilin mar­tın­da Ni­za­mi Ki­no Mər­kə­zin­də baş tut­du. Bu iş­də bi­zə ya­xın­dan kö­mək­lik gös­tə­rən Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə, “Pa­şa Bank­”a, Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­na, Pro­dü­ser­lər Gil­di­ya­sı­na öz tə­şək­kü­rü­mü bil­di­ri­rəm. On­lar la­yi­hə­nin real­laş­ma­sın­da ya­xın­dan kö­mək­lik gös­tər­di­lər və bu günbi­zi dəs­tək­lə­yir­lər.

- Sayt­da film müəl­lif­lə­ri­nin hü­quq­la­rı qo­ru­nur­mu?
- "Az Ci­ne­ma On­li­ne"­də bü­tün Azər­bay­can film­lə­ri ya­yım­la­na­caq.
Zən­gin ki­no­kol­lek­si­ya­da ta­ma­şa­çı­lar bü­tün re­jis­sor­la­rın iş­lə­ri ilə ya­xın­dan ta­nış ola bi­lə­cək­lər. Mil­li ki­no­mu­zun ilk dövr­lə­rin­dən bu gü­nə­dək çə­ki­lən film­lər bu­ra­da yer­ləş­di­ri­lə­cək. Bü­tün bu iş­lər müəy­yən mü­qa­vi­lə­lər və hü­qu­qi akt­lar­la tən­zim­lə­nir. Əsas məq­səd Azər­bay­can ki­no­su­nu dün­ya­da ta­nıt­maq­dır və ta­ma­şa­çı­lar bil­sin­lər ki, bu gün Azər­bay­can­da ki­no var, ya­şa­yır və ye­ni-ye­ni ek­ran əsər­lə­ri ya­ra­nır.

ayt­da Azər­bay­can mə­də­niy­yə­tin­də baş ve­rən ha­di­sə­lər 3-10 də­qi­qə­lik vi­deo­ro­lik va­riant­da xə­bər şək­lin­də yer­ləş­di­ri­lir.

- Siz­cə, say­tı­nız di­gər sayt­lar­dan nə ilə fərq­lə­nə­cək?

- Bi­zim sayt­da film­lə­rə bax­maq üçün müəy­yən məb­ləğ ödə­mək la­zım­dır. Bu, pul­lu xid­mət­dir. Bu­ra­da dün­ya ki­no­su, xa­ri­ci film­lər, Gür­cüs­tan, Ru­si­ya, Bal­tik­ya­nı və di­gər öl­kə­lə­rin də film­lə­ri yer ala­caq. Be­lə­lik­lə, ki­ne­ma­toq­raf­çı­lar öz həm­kar­la­rı­nın iş­lə­ri ilə ya­xın­dan ta­nış ola bi­lə­cək­lər. Sayt­da özəl ki­no şir­kət­lə­ri­nin də film­lə­ri yer­ləş­di­ri­lir.

- Bir qə­dər də “Nə­ri­man­film­”in fəa­liy­yə­ti ba­rə­də da­nı­şaq. Ha­zır­da han­sı ki­no la­yi­hə­lə­ri üzə­rin­də iş­lə­yir­si­niz?

- “Nə­ri­man­film” ki­no şir­kə­ti 2005-ci il­dən fəa­liy­yət gös­tə­rir. Şir­kət işi­ni üç is­ti­qa­mət­də qu­rub: is­teh­sa­lat, ki­no sa­hə­sin­də xid­mət, pro­fes­sio­nal ki­no mü­tə­xəs­sis­lə­ri­nin Azər­bay­ca­na də­vət olun­ma­sı. Ötən müd­dət­də 11 ek­ran işi - sə­nəd­li, qı­sa və tam­met­raj­lı bə­dii film­lər ər­sə­yə gə­tir­mi­şik. Ta­nı­nan film­lə­ri­miz çox ol­du. On­la­rın sı­ra­sın­da bir çox fes­ti­val­lar­da uğur qa­zan­mış “Sa­hə” fil­mi­ni xü­su­si qeyd edə bi­lə­rəm.

Ha­zır­da iki tam­met­raj­lı film üzə­rin­də iş­lə­yi­rik. Bun­lar­dan bi­ri “Mo­sar­tı öl­dür­mək” ad­la­nır. Bun­dan əla­və, Ru­si­ya­da len­tə alı­nan bir sə­nəd­li film üzə­rin­də ge­dir. Bu il “9X9” ad­lı qı­sa­met­raj­lı fil­mi təh­vil ver­mi­şik. Film “Nə­ri­man­film” (Azər­bay­can) və “Tor­re” (İta­li­ya) ki­no şir­kət­lə­ri­nin bir­gə is­teh­sa­lı­dır, pro­dü­ser­lər­dən bi­ri Rad­mi­la Qor­diç­dir. Bu ek­ran işi may ayın­da Kann ki­no­fes­ti­va­lın­da Azər­bay­can pa­vil­yo­nun­da təq­dim edi­lib. Ha­zır­da fil­min fes­ti­val va­rian­tı üzə­rin­də iş­lə­yi­rik. Di­gər tə­rəf­dən isə ani­ma­si­ya film­lə­ri­nin çə­ki­li­şi­ni real­laş­dır­maq is­tə­yi­rik. Bu bi­zim üçün ye­ni is­ti­qa­mət­dir bu­nu ital­yan re­jis­so­ru Rad­mi­la Qor­diç­lə bir­gə ha­zır­la­yı­rıq. Klas­sik Azər­bay­can ani­ma­si­ya­sı ani­ma­si­ya film­lə­ri­nin Av­ro­pa va­riant­la­rı­nı bir­ləş­dir­mə­yi dü­şü­nü­rük. Hə­lə­lik bu iş­də ax­ta­rış­lar ge­dir ina­nı­ram ki, bu ilin so­nu­na qə­dər da­ha də­qiq va­riant üzə­rin­də da­ya­na bi­lə­cə­yik.

Ye­ri gəl­miş­kən, onu da de­yim ki, xa­ri­ci ki­no şir­kət­lə­ri ilə əla­qə­lə­rə xü­su­si önəm ve­ri­rik. Gür­cüs­tan ki­ne­ma­toq­raf­çı­la­rı ilə sıx iş­bir­li­yi­miz var. “Sa­həfil­mi məhz bu əmək­daş­lıq sa­yə­sin­də ər­sə­yə gəl­di. Av­ro­pa Ame­ri­ka­dan olan həm­kar­la­rı­mız­la ya­ra­dı­cı­lıq sa­ziş­lə­ri­miz var. Ki­no­fes­ti­val şir­kət­lə­ri, bir çox ki­no təş­ki­lat­la­rı ilə əla­qə­lə­ri­miz var. Ha­zır­da Lo­kar­no fes­ti­va­lı ilə sıx iş­lə­yi­rik. Bu fes­ti­va­lın bü­töv bir proq­ra­mı Azər­bay­can ki­no­su­na həsr olu­nub.
Bu gün öl­kə­miz­də yük­sək key­fiy­yət­li pe­şə­kar film­lə­rin mey­da­na gəl­mə­si üçün hər bir şə­rait var. Bü­tün fes­ti­val fo­rum­lar­da bu­nu təb­liğ edə­rək xa­ri­ci şir­kət­lə­ri öl­kə­mi­zə cəlb et­mə­yə ça­lı­şı­rıq. Döv­lət tə­rə­fin­dən ki­no­nun in­ki­şa­fı­na dəs­tək ve­ri­lir. Mə­də­niy­yət Tu­rizm Na­zir­li­yi bu iş­də ma­ra­ğı olan hər kə­sə ya­xın­dan kö­mək­lik gös­tə­rir. Mad­di-tex­ni­ki ba­za­nın ya­ran­ma­sı sa­hə­sin­də bir çox iş­lər gö­rü­lür. Pre­zi­dent İl­ham Əli­ye­vin sə­rən­ca­mı ilə təs­diq olun­muşAzər­bay­can ki­no­su­nun 2008-2018-ci il­lər üz­rə in­ki­şa­fı­na da­ir Döv­lət Proq­ra­mı”­na uy­ğun ola­raq mil­li ki­no­mu­zun in­ki­şa­fı­na, mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si­nə bö­yük diq­qət ay­rı­lır.

 

La­lə Azə­ri

 

Mədəniyyət.- 2013.- 3 iyul.- S. 6.