«Almaniyada təhsil və tədqiqat»
Azərbaycan Turizm
İnstitutunda Almaniya Akademik Mübadiləsi Xidmətinin
(DAAD) təklifi ilə tələbələr, doktorluğa
namizədlər, tədqiqatçılar və institut
müəllimləri üçün «Almaniyada təhsil
və tədqiqat» adlı tədbir keçirilib.
ATİ-nin rektoru, tarix
elmləri doktoru, professor Cəfər Cəfərov
çıxışında belə tədbirlərin
yüksək ixtisaslı kadr hazırlığında
və inkişafında əhəmiyyətini vurğulayıb.
DAAD-nin Bakı
ofisinin direktoru xanım Nikola Ulliş (Ullisch) təmsil
etdiyi qurumun fəaliyyəti, indiyədək görülən
işlərindən söz açıb. Onun Almaniyada
təhsillə bağlı «Azərbaycan üçün
təqaüd və maliyyələşdirmə» mövzusunda
təqdimatı iştirakçılar tərəfindən
maraqla qarşılanıb.
ATİ-nin tədqiqat
və inkişaf şöbəsinin baş məsləhətçisi
Yulius Arnegger isə Almaniyada ali təhsil sistemi barədə
ətraflı məlumat verib və «Tədqiqat layihəsinin
planlaşdırılması və idarə edilməsi»
mövzusunda təqdimat edib.
Mədəniyyət.- 2013.- 3 iyul.- S. 9.