“Doğma Qarabağım”
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun dəstəyi
ilə “Abşeron” rəsm qalereyasında gənclərin
“Doğma Qarabağım” yaradıcılıq festivalı
keçirilib. Festival doğma torpaqlarından didərgin
düşmüş istedadlı gənclərə yaradıcılıq
imkanlarını genişləndirmək
üçün dəstək göstərilməsi
məqsədilə təşkil olunub.
Fonddan bildiriblər
ki, festivalda Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər
rayonlarından məcburi köçkün düşən
gənclərin əl işləri, çəkdikləri
rəsmlər nümayiş etdirilib. Rəsmlər
əsasən Qarabağın təbiətinə, tarixi-memarlıq
abidələrinə və qəhrəman insanlarına
həsr olunub. Şuşanın, Ağdamın erməni
vandalları tərəfindən dağıdılmış
abidələri uşaqların və yeniyetmələrin
təxəyyülündə yenidən canlandırılıb.
Əl işlərində
Qarabağın miniatür görüntüləri,
təbiəti bacarıqla əks olunub. Kəlbəcər
rayonundan gənc aşıqlar Qarabağın gözəlliklərindən
bəhs edən nəğmələr səsləndiriblər.
Mədəniyyət.- 2013.- 3 iyul.- S. 12.