“Gəncə ta­ri­xən mü­tə­fək­kir­lər mə­ka­nı olub

U­NES­CO-nun baş di­rek­to­ru qə­dim şə­hə­rin 4000 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə Azər­bay­can xal­qı­nı təb­rik edib

 

U­NES­CO-nun baş di­rek­to­ru İri­na Bo­ko­va Gən­cə şə­hə­ri­nin 4000 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nə mü­ra­ciət ün­van­la­yıb.
Baş di­rek­tor Gən­cə şə­hə­ri­nin tə­mə­li­nin qo­yul­ma­sı mü­na­si­bə­ti­lə Azər­bay­can xal­qı­nı təb­rik edib: “İ­pək Yo­lu­nun qov­şa­ğın­da yer­lə­şən Gən­cə şə­hə­ri bu yol bo­yu möv­cud olan ti­ca­ri və mə­də­ni mü­ba­di­lə ilə dia­loq­la­rın qu­rul­ma­sın­da bö­yük rol oy­na­yıb. Gən­cə uzun müd­dət­dir UNES­CO-nun ide­ya­sı olan dia­loq və qar­şı­lıq­lı an­laş­ma­nın əsa­sın­da du­ran bi­lik, elm və müx­tə­lif in­san­la­rın to­le­rant­lı­ğı­nın qov­şa­ğı ki­mi ta­nı­nır. Bu ru­ha ma­lik Gən­cə ta­ri­xən fi­lo­sof­la­rın, şair­lə­rin, alim­lə­rin mə­ka­nı olub. Tə­sa­dü­fi de­yil ki, məhz da­hi Ni­za­mi Gən­cə­vi və Məh­sə­ti Gən­cə­vi bu­ra­da ya­şa­yıb-ya­rat­mış­lar”.

İ­ri­na Bo­ko­va UNES­CO-da bö­yük Azər­bay­can şai­ri və mü­tə­fək­ki­ri Məh­sə­ti Gən­cə­vi­nin 900 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si­ni ra­zı­lıq­la qeyd edib: “U­NES­CO bu il Məh­sə­ti Gən­cə­vi­nin 900 il­lik yu­bi­le­yi çər­çi­və­sin­də Pa­ris­də yer­lə­şən baş ofi­sin­də sil­si­lə təd­bir­lə­rin ke­çi­ril­mə­sin­dən məm­nun­dur. Gən­cə­nin zən­gin ir­sita­ri­xi onun sa­kin­lə­ri­ni bir çox çə­tin­lik qar­şı­sın­da güc­lü və möh­kəm edib. Bu gün Gən­cə Mər­kə­zi Asi­ya və Ara­lıq də­ni­zi ara­sın­da yer­lə­şən Qaf­qaz da da­xil ol­maq­la da­ha ge­niş bir coğ­ra­fi­ya­da apa­rı­cı yer tu­tur”.

Baş di­rek­tor Gən­cə­nin 4000 il­lik yu­bi­ley təd­bir­lə­ri­nin Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin Qəy­yum­lar Şu­ra­sı­nın rəh­bər­li­yi ilə real­laş­dı­rıl­dı­ğı­nı və bu­nun­la bağ­lı Ba­kı­da təq­di­mat ke­çi­ri­lə­cə­yi­ni qeyd edib.

 

Mədəniyyət.- 2013.- 3 iyul.- S. 14.