Azər­bay­can aşıq mu­si­qi­si Fran­sa­da bö­yük ma­raq­la qar­şı­la­nıb

 

­A­zər­bay­ca­nın Şir­van böl­gə­si­nin aşıq­la­rı öl­kə­mi­zin Fran­sa­da­kı sə­fir­li­yi­nin dəs­tə­yi ilə Sen Flo­ran şə­hə­rin­də “Şərq” bey­nəl­xalq mah­nı fes­ti­va­lı çər­çi­və­sin­də ge­niş kon­sert proq­ra­mı təq­dim edib­lər. Fran­sız mu­si­qi­se­vər­lə­ri aşıq mu­si­qi­si­nə bö­yük ma­raq gös­tə­rib, aşıq Əli­nin ifa­sı­nı al­qış­lar­la qar­şı­la­yıb­lar. Aşı­ğı Şir­zad Fə­tə­li­yev (balaban), Şəm­si Fə­tə­li­yev (na­ğa­ra) və Şöh­rət Alı­yev (qo­şana­ğa­ra) mü­şa­yiət edib.

Kon­sert­də şə­hə­rin me­ri və Fran­sa­nın keç­miş xa­ri­ci iş­lər na­zi­ri Her­ve de Şa­ret və xa­nı­mı, şə­hər ic­ti­maiy­yə­ti­nin nü­ma­yən­də­lə­ri, yer­li jur­na­list­lər və çox­lu say­da di­gər qo­naq­lar iş­ti­rak edib­lər. Ta­ma­şa­çı­lar ifa­çı­la­rın çı­xı­şı­nı yük­sək qiy­mət­lən­di­rib, on­la­rın ya­xın vaxt­lar­da ye­ni bir kon­sert proq­ra­mı ilə Fran­sa­ya sə­fər et­mə­lə­ri­ni ar­zu­la­yıb­lar.

Yer­li JET FM ra­dio­su­nun təş­kil et­di­yi can­lı ya­yım­da Azər­bay­can mə­də­niy­yə­ti­nin zən­gin­li­yin­dən da­nı­şı­lıb, fran­sız­la­rın xal­qı­mı­za məx­sus mu­ğa­mı yax­şı ta­nı­dıq­la­rı və sev­dik­lə­ri diq­qə­tə çat­dı­rı­lıb, bu öl­kə­də bir o qə­dər də ta­nın­ma­yan aşıq sə­nə­ti və mu­si­qi­si ba­rə­də mə­lu­mat ve­ri­lib, aşıq mah­nı­la­rı səs­lə­nib, “Sa­rı gə­lin“ xalq mah­nı­sı ifa olu­nub.

Son­da fes­ti­va­lın təş­ki­lat­çı­sı Alan Ve­ber aşıq mu­si­qi­sin­dən iba­rət ma­raq­lı kon­sert proq­ra­mı­nın təş­ki­li­nə dəs­tək ve­rən Azər­bay­ca­nın Fran­sa­da­kı sə­fir­li­yi­nə öz tə­şək­kü­rü­nü bil­di­rib.

 

Mədəniyyət.- 2013.- 3 iyul.- S. 15.