Gənclər təşkilatımız
UNESCO-nun siyahasında
UNESCO Azərbaycanın
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər
İttifaqını rəsmi olaraq özünün əməkdaşlıq
etdiyi təşkilatların siyahısına daxil edib.
İttifaqın prezidenti, millət vəkili Fuad Muradovdur. Beynəlxalq
təşkilatın “İpək Yolu” layihəsində indiyədək
ümumilikdə 10 qurum yer alıb. UNESCO tarixi “İpək
Yolu” ilə bağlı layihələrində dünya
sivilizasiyaları tarixinin inteqral
araşdırılmasını, Şərq və Qərb
arasında sıx mədəni əlaqələrin yeni düzəndə
bərpasını, Avrasiya məkanındakı dövlətlərin
və xalqların qarşılıqlı münasibətlərinin
dərinləşdirilməsini nəzərdə tutur.
Mədəniyyət.- 2013.- 5 iyul.-
S. 2.