“Paytaxtdan
bölgələrə” layihəsi davam edir
“Baku Creative Center” yaradıcılıq mərkəzinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar mobile”nin baş sponsorluğu ilə həyata keçirdiyi “Azərbaycan İncəsənət Festivalı” çərçivəsində növbəti səyyar sərgi iyulun 2-3-də Xaçmaz şəhərindəki xalça muzeyində gerçəkləşib. Bu, incəsənət festivalının regionlar üzrə təşkil edilmiş sayca doqquzuncu sərgisidir.
Açılış mərasimində iştirakçılara layihə haqqında məlumat verilib. Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev çıxış edərək layihənin əhəmiyyətini qeyd edib, təşkilatçılara minnətdarlığını bildirib.
Sərgidə 17 rəssamın 40-dək əsəri nümayiş olunub. Sərgi çərçivəsində gənc rəssam Novruz Məmmədov incəsənətə marağı olanlar üçün ustad dərsləri keçib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsinin növbəti mərhələsi olaraq gerçəkləşən “Azərbaycan İncəsənət Festivalı” qalereyaya malik şəhər və rayonların ərazisini əhatə edir, hər regionda iki gün müddətində keçirilir.
Layihənin
əsas məqsədi səyyar sərgilər və ustad dərsləri sayəsində ölkənin
digər şəhər və rayonlarında sadə
insanların incəsənətə dair
bilikləri və marağını artırmaq,
yaradıcı potensialı olan gəncləri
üzə çıxarmaq, onlara dəstək
verməkdir.
Mədəniyyət.- 2013.- 5 iyul.-
S. 5.